employment.az employment.az

Dərc olunma tarixi

16.04.2022 Səyahət

Baxış sayı

eye 1614

Oxunma müddəti

clock 4 dəq

Az büdcə ilə səyahət edə biləcəyiniz şəhərlər

1.Şarm Əl-Şeyx

Misir deyəndə gözümüzün önündə geniş səhralar görünür. Qırmızı dəniz sahilində yerləşən Şarm Əl-Şeyx, Yaxın Şərqdən gözlənilmədən kristal təmiz mavi dənizi ilə səhra mənzərəsinə qarşı heyrətamiz gözəlliyə malikdir. Beyində sual işarəsi qoysa da, bu yer ilğım deyil, gerçəkdir! Misirin firuzəyi cənnəti Şarm Əl-Şeyxin son illərdə bu qədər məşhur olması onun qənaətcil olmasına mane olmayıb. Bunun səbəbi əsas gəlir mənbəyi turizm olan bölgədəki rəqabət şəraitidir. Şarm Əl-Şeyxdə hər büdcəyə uyğun və yüksək xidmət standartlarında yaşayış variantları tapmaq mümkündür.Dalış etmək istəyirsinizsə, Qırmızı dəniz heyrətamiz yerdir. Xüsusilə aprel və may aylarında tamamilə fərqli bir təcrübə təqdim edir. Sərfəli qiymətlərlə şəhərdə ləzzətli dəniz məhsulları və ət yeməklərini dada bilər, yemək və içki xərclərinə qənaət edə bilərsiniz.

 

2.Belqrad

 

Ucuz səyahət dedikdə ağıla ilk gələn şəhərlərdən biri olan Belqrad səyahət edənlər üçün həmişə büdcə baxımından əlverişli olub. Vizasız giriş icazəsi olduğu üçün çamadanınızı yığıb pasportunuzu da götürərək təyyarə bileti ilə asanlıqla gedə biləcəyiniz yerdir. Həftə sonu üçün bir növ qaçış dayanacağı deyə bilərik. Belqrad, keçmiş Yuqoslaviyanın iqtisadi xüsusiyyətlərini tam aşmamış bir şəhərdir. Hava limanına endiyiniz andan etibarən çətinlik çəkmədən və çox pul ödəmədən istədiyiniz bölgəyə çata bilərsiniz. Əksər yerlər şəhərin mərkəzində və piyada məsafədə yerləşir. Belqrad ucuz şəhər olmaqla yanaşı, tarixi, yeməkləri, memarlığı və istiqanlı insanları əslində bu şəhərə getmək üçün kifayətdir.Skadarlija Belqradda mütləq görməli yerlərdən biridir. Belqradın ən məşhur küçələrindən biri olan Skadarlija tez-tez Parisdəki Montmartre ilə müqayisə edilir. Milli Teatrın və köhnə opera evinin olduğu küçə Belqradın mədəniyyəti və incəsənəti haqqında geniş ipuçları verir. Yaxınlıqdakı Balkan kinosu və musiqili teatrlar bu ipuçlarını dəstəkləyir. Axşam əyləncələri, ənənəvi Belqrad yeməkləri və Balkan musiqisi ilə rənglənən daş döşənmiş küçə çökə çiçəklərinin ətri ilə həm əyləncəyə, həm də hüzura dəvət edir.

 

3.Sarayevo 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo; Bu, müxtəlif millətlərin və mədəniyyətlərin yaşadığı kosmopolit bir yerdir. Tarixi, mədəniyyəti və münasib qiymətləri ilə seçilən məkan. Həm də ucuz tətil ovçularının cənnətidir.Osmanlı mədəniyyətinin təsirini daşıyan şəhərdə türkcə söhbətləri eşidib türk yeməkləri tapsanız təəccüblənməyin. Siz bazarı gəzərkən sərfəli yeməklərin və təbii ki, məşhur Balkan xörəklərinin dadına baxa bilərsiniz. Görməli yerləri gəzmək üçün şəhəri gəzən tarixi tramvayı seçməyinizi tövsiyə edirik.Bu gözəl coğrafiyanı kəşf etmək üçün sadəcə bilet almaq kifayətdir.

 

4.Budapeşt

 Budapeşt memarlığı, körpüləri ilə estetik baxımdan həm gözümüzə, həm də ruhumuza xitab edən, cibimizi sevindirən bir şəhərdir.Ölkənin mədəniyyət və incəsənət mərkəzi sayılan bu tarixi məkanda çoxlu fəaliyyət və görməli yerlər var. Səyahətçilər üçün şəhərdə pulsuz gəzinti turları təçkil edilir Budapeştdə geniş yaşayış variantları,yemək və içki seçimləri sayəsində ucuz səyahət planı qura bilərsiniz. Bundan əlavə, ictimai nəqliyyat üçün alınan səyahət kartı bir çox yerlərdə endirimlər nəzərdə tutur.Budapeştə getdiyiniz zaman Buda və Peştin birləşdirildiyi Zəncirli Körpüsü ilə tanış olun, Budin qalası ətrafında tarixi kəşf edin, Dunayda qayıqla gəzintiyə çıxın, şəfalı sulardan həzz alın, Uşaqlarınızla getmisinizsə onları uşaqlar üçün möcüzələr sarayına apara bilərsiniz.Yemək mövzusunda isə Budapeştdə çox məşhur bir kafe var: ''New York'' Cafe. İtalyan barokko üslubunda tikilmiş bu kafe üçün mütləq bir neçə saatınızı ayırmalısınız. Əla memarlığı ilə ''New York Cafe'' Budapeştin ən məşhur məkanlarından biridir.

 

5.Tiflis


Tiflis bizim az büdcə ilə səyahət edə biləcəyimiz maraqlı şəhərdir.Həm coğrafiya, həm də mədəniyyət baxımından bizə çox yaxındır. Dar küçələri, tarixi evləri, delikatesləri və yerli bazarları ilə mistik enerjiyə malikdir. Bütün bu xüsusiyyətlərə malik olmaqla, səyahət edənləri Tiflisə ucuz aviabilet almağa dəvət edir.Tiflisin görməli yerləri arasında İçərişəhər ərazisi birinci yeri tutur. Tiflisi kəşf etməyə buradan başlamaq əla seçim olar, çünki şəhərin ən vacib görməli yerləri burada toplanıb.Tiflis Azadlıq Meydanını və Sülh Körpüsünü əhatə edən bu ərazi rəngarəng tarixi evləri və dar küçələri ilə möhtəşəm bir atmosfer təmin edir.Gecə-gündüz Tiflisi seyr edən Kartlis Deda heykəlin (Gürcüstanın anası da adlandırırlar) Tiflisdə görməli olduğunuz başqa bir sənət əsəridir. Şəhərin hər yerindən görünən bu heykəl şəhərin simvoludur.Tiflis mühafizəkar şəhərdir. Buna görə də burada çoxlu kilsə tapa bilərsiniz. Amma Tiflisin yaşıl üzünü görə biləcəyiniz Kazbek dağında yerləşən Gergeti Trinity çox özəldir.Sonda demək istərdik ki,Tiflis yeməkləri çox dadlıdır! Çox ucuz şəhər olan Tiflisdə yemək də çox münasibdir. Üstəlik dadlar bizə heç də uzaq deyil. 

 

 

 

 

 

heart save

Cavidan Əmiraslanlı

20.09.2023

👍🏼👍🏼

Məhəmməd İbişli

20.09.2023

👏

ROVSHAN ALIYEV

20.09.2023

👍👍👍

Ofeliya Əliyeva

20.09.2023

👍🏻👍🏻👍🏻👍🏻

Yazar
  • İstifadəçi adı:

    Nuray Rəhimova
  • Ad Soyad:

    Nuray Rəhimova
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
Tianjin Binhai Kitabxanası

07.03.2021

Səyahət

Bu gün sizinlə birlikdə Çinin Tianjin şəhərində yerləşən Tianjin Binhai kitabxanasına səfər edəcəyik.

paper-1-img
Qütb İşıqları Haqqında Bilmədikləriniz

01.04.2021

Səyahət

Çox güman ki, siz məşhur qütb işıqları haqqında nə vaxtsa eşitmisiniz. Gəlin qütb işıqları ilə bağlı bilmədikləriniz bəzi faktlara nəzər salaq.

paper-1-img
Kapadokya və Onu Məhşur Edən Səbəblər

19.11.2021

Səyahət

Bu ərazi harada yerləşir və nəyə görə o bu qədər məhşurdur?