employment.az employment.az

Dərc olunma tarixi

17.04.2022 Biznes Dünyası

Baxış sayı

eye 1655

Oxunma müddəti

clock 5 dəq

"Göz İzləmə" Texnologiyası Nədir ?

Sizlərə inkişafda olan iki texnologiya haqqında danışmaq istəyirəm. Bu texnologiyaların  adı: Eye Tracking və Tobii Pro Glass-dır. Bu cihazlar Tobii və başqa firmalar tərəfindən satılır. Onlar hal-hazırda dünya ölkələrində bir çox sahədə istifadə olunurlar. Buna misal olaraq; oyun sənayesi , dizayn sahəsi (UX/Uİ) , bəzi araşdırmaları-göstərə bilərik.

 

Bəs bu cihazlar tam olaraq nə edir ? Bu sualın cavabı çox sadə ama bir o qədərdə mürəkkəbdir. Sadə tərəfi odur ki, hər iki cihaz üzərində olan sensorlar vasitəsi ilə göz hərəkətlərini, göz mövqelərini və baxış nöqtələrini ölçmək və bunları data olaraq və ya vizual olaraq toplamaq olar.Mürəkkəb tərəfi isə, toplanan bu dataların analizi və onların nə üçün istifadə olunacağıdır.  Ümumiləşdirsək əgər:Bu cihazlar gözün baxdığı yeri, obyektləri və müddət baxımından insanın vizual diqqətini müəyyənləşdirir və izləyirlər. Bəs bu texnologiyadan harada və nə məqsədlə istifadə olunur? Yazının yuxarı hissəsində qeyd etdiyim sahələrə gəlin biraz daha geniş bir şekildə diqqət yetirək:

 


 

Eye Tracker texnologiyası Tibb Sahəsində:

Demək olar ki, istifadəsi ən çox yararlı olan sahə elə tibdir.Bu sahədə bir çox proses üçün istifadə olunur.Bu texnologiyalar vasitəsi ilə bəzi cihazlar toxunulmadan göz ilə istifadə oluna bilir. Bundan istifadə edərək yerimə əngəlli insanlar üçün göz ilə idarə olunan əlil arabaları hazırlanır. Həmçinin bu texnologiyadan istifadə edərək bəzi xüsusi hazırlanmış oyunlarla uşaqlarda və böyüklərdə rastlanan göz əzələlərinin tənbəllikləri və bəzi xəstəliklərinin məşq edilərək sağalmasına nail olurlar . 

 

Bunlardan əlavə VR və AR texnologiyalarından istifadə edilərək virtual şəraitdə həkimlər əməliyyatlar edərək öz təcrübələrini artırırlar.

 

 

Eye Tracker və Tobii Pro Glass Marketing Sahəsində:

Əsasən Tobii Pro Glass-dan istifadə edərək  istehlakçıların nöqteyi-nəzərindən hər şeyi görməyə imkan verir. Məhsulun yerləşdirilməsi, qablaşdırma dizaynı, reklam və ya istifadəçi təcrübəsini  dəqiq şəkildə ortaya qoyur.Bundan istifadə edərək də daha yaxşı marketinq üsulları tətbiq edilir və bu da məlumat biznesinizin həqiqətən müştəri mərkəzli olmasına kömək edir.

 

Bundan əlavə alış-veriş səhifələrində və xəbər saytlarında insanların hara daha çox baxdığına , nələrə diqqət etdiyinə vəs kimi yığılan datalarla daha cəlb edici səhifələr və proqramlar hazırlanır.

 

Eye Tracking texnologiyası Avtomobil sahəsində:

 

Bu cihazlar vasitəsi ilə yeniyetmələr və diqqəti tez yayılan sürücülər üçün əvəzolunmazdır. Diqqətləri yoldan yayınan sürücülər üçün bu texnologiya siqnal və ya başqa xəbərdar edici üsullarla sürücülərin yola diqqətlərini vermələrini təmin edir.Bunun vasitəsi ilə də yol qəzalarında azalmalar müşahidə olunur.Bu cihazlar vasitəsi ilə yeniyetmələr və diqqəti tez yayılan sürücülər üçün əvəzolunmazdır. Diqqətləri yoldan yayınan sürücülər üçün bu texnologiya siqnal və ya başqa xəbərdar edici üsullarla sürücülərin yola diqqətlərini vermələrini təmin edir.Bunun vasitəsi ilə də yol qəzalarında azalmalar müşahidə olunur.

 


Eye Tracking Oyun sənayesində:

Bu texnologiya həmçinin bir çox E-sport oyunçularının istifadə etdiyi texnologiyadır. Bunun vasitəsi ilə onlar gözlərinin reaksiya sürətini və müddətini ölçə və müəyyən praktikalar edərək inkişaf etdirə bilirlər.

 

 

Sonda  demək olar ki, bu texnologiyalar danışdıqlarımızdan daha da yararlıdırlar və gələcəkdə də çox istifadə olunacaq bir sahə olacaqlar.Ölkəmizdə də bu texnologiyaların ilkin olaraq öyrənilməsinə və istifadəsinə önəm verilməlidir.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    elvin_cabbarli
  • Ad Soyad:

    Elvin Cabbarli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.