Kaizen.az - Mauricio Estrella’nın Uğur Hekayəsi

Mauricio Estrella’nın Uğur Hekayəsi


Bir komputer şifrəsinin həyatınızı dəyişdirəcəyinə inanırsınız?

Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq. Mauricio Estrella’nın uğur hekayəsini sizə öz qələmindən çatdırmaq istəyirik. “ İl 2011-ci il. Həyat yoldaşımla ayrılma ərəfəsində idik. Psixoloji olaraq çətinlik çəkdiyim günlərdən bir gün ofisə daxil oldum və komputeri açdıqda - “Şifrənizin istifadə müddəti bitib, zəhmət olmasa şifrənizi dəyişdirəsiniz“ mesajı ilə qarşılaşdım. Ən azı bir böyük hərf, bir simvol, bir rəqəm və son 3 ayda istifadə etmədiyim şifrə olmalıydı. Problemlərim azmış kimi işə gecikmişəm, hava çox isti və saat 10-da olacaq görüşədək işlərimi bitirməliyəm. Və təbii ki, şifrə dəyiştirməli.

30 gün müddətində hər gün bu şifrəni istifadə etməliydim. Yaşadığım çətin günləri qəbul etməli və həyatımı dəyişmək üçün bir şifrə tapmalı olduğumu düşündüm. Ağlıma " onu bağışla” ([email protected]) şifrəsi gəldi. Bu şifrə həmçinin sistemin tələb etdiyi kriteriyalara da uyğun gəlirdi. Şifrəni hər daxil etdiyimdə onu dərk edərək yazmağa çalışırdım. 2 həftənin sonunda artıq həyatımın müsbətə doğru getdiyini və baş verənləri qəbul etdiyimi anladım.

Bir ay sonra yenidən şifrə dəyişdirmə bildirişini gördüm və yeni bir şifrə tapmalıydım. Bu dəfə həyatımda nəyi dəyişdirmək istədiyimi düşündüm. Çoxdandır Tayland`a səfər etmək istəyirdim, lakin büdcəm buna icazə vermirdi. Növbəti şifrəm “Tayland üçün pul yığ” ([email protected]) oldu. Artıq 3 ay sonra Taylandda idim. Təsirini gördüyüm bu metodla artıq hədəflərimə bir-bir çatmağa başladım. Son iki ildə istifadə etdiyim bir neçə şifrə ilə də sizi ttanış edim.


2-dən tez yatmağa çalış ([email protected]). Bəli, Bacardım. Artıq hər gün 12-dən tez yat.


Gündə 2 dəfə yemək ye ([email protected] ) - bu işə yaramadı, hələ də kiloluyam.


Bir pişik sahiblən (“[email protected]! ) - Artıq şirin bir pişiyim var "

Çalışın realistik hədəflər qoyun və bu hədəflərinizə çatmaqçün öz yolunuzu tapıb, həyatınızı dəyişdirin. Uğurlar:white_check_mark:

0 Rəy

Şərh yazmaq üçün daxil olun