-
İstifadəçi adı:
sh.aydan -
Ad Soyad:
Aydan Şükürlü -
Məqalə sayı:
1
Dərc olunma tarixi
17.04.2022 TexnologiyaBaxış sayı
Oxunma müddəti
1. Gigadgets
Burada dünya istehsalı olan son texnoloji cihazlar təqdim edilir. Bu mənbədən əl yazınızı təqlid edən robotdan tutmuş, əlinizdən aldığı enerji ilə işləyə bilən telefona qədər hər cür yenilikçi və ruhlandırıcı cihazları izləyə bilərsiniz. Saytları da var. Gigadgets.com şəklində. Səhifə ingilis dilində olduğu üçün siz kiçik mətinləri oxuyub, bilmədiyiniz sözləri tərcümə edib, dilinizi də inkişaf etdirmiş olarsınız.
▪️Hesab linkini sizinlə bölüşürəm, rahatlıqla keçid edib, izləyə bilərsiniz:
https://instagram.com/gigadgets?igshid=YmMyMTA2M2Y=
2. Dogruveri
Xüsusilə covid19-un həyatımıza daxil olması ilə infoqrafik cədvəllərə maraq artmağa başladı. Bunlar arasında ən çox sevdiyim dəqiq məlumatdır. Hesabın 165 min izləyicisi var. Milli və beynəlxalq tədqiqat şirkətlərinin müasir məlumatları əsasında yaradılmış infoqrafik platformadır. Hər kəsin maraq dairəsini əhatə edəcək, dəqiq məlumatların yer aldığı səhifədir.
▪️Hesab linki:
https://instagram.com/dogruveri?igshid=YmMyMTA2M2Y=
3. Haritaveri
Bundan əvvəl qeyd etdiyim səhifə ilə oxşarlıq təşkil edir. Xəritəyə marağı olanların daha çox diqqətini çəkəcəyinə əminəm. Xəritə ilə qrafik üzərindən məlumatlar təqdim edirlər.
▪️Hesab linki: https://instagram.com/haritaveri?igshid=YmMyMTA2M2Y=
4. Vacations
Oturduğunuz yerdən dünyanın ən maraqlı yerlərini gəzmək istəyirsinizsə, sadəcə bu hesabı izləyin.Fotolar o qədər müxtəlif yerlərdən çəkilib ki, Amerikadan Afrika qitəsinə bir anda səyahət edə bilərsiniz. Görməli olduğunuz yerləri izləyin. Gələcək səyahətlərinizdə hər hansı bir ölkənin və ya şəhərin hansı hissəsini gəzim deyərək çaşbaş qalmaq istəmirsinizsə, bu səhifə sizə çox köməklik göstərəcək. Səhifədəki məkanlara diqqət yetirərək, qabaqcadan planlı səyahət hazırlaya bilərsiniz.
▪️Hesab linki:
https://instagram.com/vacations?igshid=YmMyMTA2M2Y=
5. Serifyenen
Səyahətdən danışmışkən bələdçi səhifəsi izləməkdə də fayda var. Sizə səyahət yazıçısı, bələdçi, həm də beynəlxalq məruzəçi Şerif Yenənin hesabını təqdim edirəm. Hesabı yaxşı edən cəhətlərdən biri də odur ki, burada, mütləq gedib görməlisiniz demək əvəzinə müxtəlif yerlər, qədim yaşayış məskənləri, tarixi tikililər haqqında paylaşımlarında çox ətraflı məlumat yer alır.
Bu arada paylaşımlar həm türkçə, həm də ingiliscədir.
▪️Hesab linki:
https://instagram.com/serifyenen?igshid=YmMyMTA2M2Y=
▪️Youtube kanalı da var, onu da sizlərə təqdim edirəm:
https://youtube.com/c/SerifYenenIstanbulTours
6. Lifehack
Bu hesab isə adından da göründüyü kimi bizim üçün çox çətin olan işləri asanlaşdırmağın gözəl yollarını öyrədən əyləncəli səhifədir. Maraqlı praktiki yol və üsullarla həm ibrətamiz, həm də əyləncəli məzmuna malikdir. Bu səhifə mütləq izləmə siyahınızda olmalıdır.
▪️Hesab linki:
https://instagram.com/lifehack?igshid=YmMyMTA2M2Y=
7. Cnnclimate
Növbəti təqdim edəcəyim hesab çox daha həssas olmağımız lazım olduğunu anladığımız və gündən-günə daha ciddi bir mövzuya çevrilən Climate News, mütləq eşitməmiz lazım olanları paylaşır. Bütün iqlimlə bağlı xəbərləri buradan əldə edə bilərik.
▪️Hesab linki:
https://instagram.com/cnnclimate?igshid=YmMyMTA2M2Y=
8. Historycoolkids
Dünya tarixi ilə maraqlananlar üçün bu hesab, şübhəsiz ki, ən yaxşılarından biridir. Tarixin tozlu səhifələrindən indiyə qədər görmədiyiniz maraqlı fotoları hekayələri ilə birlikdə paylaşır.
▪️Hesab linki:
https://instagram.com/historycoolkids?igshid=YmMyMTA2M2Y=
9. Urbanjungleblog
Texnologiya, iqlim və tarix haqqında danışdıq. İndi isə bitki baxımı ilə maraqlananlar üçün ensiklopediyaya layiq hesab təqdim edəcəm. Urbanjungleblog bütün növ bitkilərə qulluq və bitkilərin ev bəzəyini tamamilə fərqli bir xətdə necə apardığı haqqında məzmun hazırlayır. Bu, həm də müxtəlif ölkələrdən olan bitki həvəskarlarının yazılarından ilham almağa imkan verir.
▪️Hesab linki: https://instagram.com/urbanjungleblog?igshid=YmMyMTA2M2Y=
10. Youwillspeak.az
Hərfi tərcüməsi “danışacaqsan” olan bu səhifə, adını tam doğruldur desək, yanılmarıq. Belə ki, səhifədə paylaşılan maraqlı kontentlər hamını danışmağa cəsarətləndirir. İngilis dili bacarıqlarını mükəmməlləşdirmək istəyən hamı səhifədə sadəcə 5 dəqiqəsini sərf etsə belə, mütləq yeni bir şey öyrənir. Həm də bu proses qəti sıxıcı deyil, əksinə, o qədər əyləncəlidir ki, insan postlar arasında gəzərkən vaxtın necə keçdiyini anlamır.
▪️Hesab linki: https://instagram.com/youwillspeak.az?igshid=YmMyMTA2M2Y=
İstifadəçi adı:
sh.aydanAd Soyad:
Aydan ŞükürlüMəqalə sayı:
104.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.