employment.az employment.az

Dərc olunma tarixi

19.01.2023 Səyahət

Baxış sayı

eye 815

Oxunma müddəti

clock 20 dəq

Şəhərlərin əlçatanlıq standartları

Salam!

 

Şəhərlərin əlilliyi olan şəxslər üçün əlçatanlığı barədə öncədən yazdığım və araşdırdığım mövzunu sizlərlə bölüşmək istəyərdim.

 

Bu mövzunu bir sual ətrafında cavablandırmaq istəyərdim. Birinci hissədə sualın ilk,digər hissədə isə ikinci hissəsinə cavab tapmağa çalışacam. Qeyd edim ki,hər sualın cavabını araşdırmalarım-dan yola çıxaraq təqdim edəcəyəm.

 

Sual belədir - Şəhərlərin və ictimai obyektlərin əlçatanlıq standartları hansılardır və Bakı bu cəhətdən hansı standartlara cavab vermir? 

 

Hissə 1:

 

İlk öncə bu mövzu ilə əlaqədar araşdırma apararkən Dünya Bank Qrup-un hazırladığı jurnallarda olan ətraflı məlumatların çox faydalı olacağını düşünüb oradan bəzi hissələri götürüb, öz fikirlərimi də əlavə edərək təqdim etmək qərarına gəldim.

 

Dünyada şəhər əhalisinin artmasını bununla bərabər bu əhalinin 15 faizinin əlilliyi olan,22 faizinin isə yaşlı insanlar olduğunu nəzərə alsaq, şəhərlərin əlçatan olmasının zəruriliyini anlayarıq. Əlçatan şəhər universal dizayn prinsiplərini, uzunmüddətli planları, səkiləri, yol zolaqlarını, bina dizaynını, ictimai boşluqları və mobillik üçün həlləri özündə cəmləşdirməlidir. Bu müxtəlif formalara aid  ola bilər: binalara enişli girişlər,görmə qüsuru olan insanlar üçün təhlükəsiz yolları göstərən toxunma səthləri, səsli xəbərdarlıqlar piyada keçidləri və ya səkilər. Şəhərsalma zamanı əlilliyi olan şəxslərin ictimai nəqliyyatda,səhiyyədə,işdə ümumiyyətlə zəruri yerlərdə müstəqil hərəkət etməsini artırmaq üçün xüsusi nəzarət göstərilməlidir. Şəhərlər universal dizayna sərmayə qoymalıdırlarki,bələdiyyə işçiləri müvəqqəti maneələri tanıya və aradan qaldıra bilsinlər. Məsələn,pis yerləşdirilmiş əkinlər, icazəsiz bazar tövlələri və düzgün park edilməmiş avtomobillər kimi problemləri aradan qaldırıb,bu cür maneələri, eləcə də tikintinin yaratdığı mənfi təsirləri azalda bilər və beləcə də şəhərin əlçatanlığı artar.

 

Əlçatanlıq, əlilliyi olan şəxslərin “giriş əldə edə bilməsi” dərəcəsini ifadə edir yəni başqaları ilə bərabər əsasda, fiziki mühitə, nəqliyyata, informasiyaya və rabitəyə uyğunlaşmasını təmin edir.

 

“Əlçatan şəhər necə olmalıdır?” sualına müəyyən qədər nəzər yetirdik. Bəs dünyada bu standartlara cavab verən şəhərlər varmı və ya daha hansı standartlar şəhərlərdə tətbiq olunur? Gəlin bu suala cavab tapmağa çalışaq:

 

Ən əlçatan şəhərlər başlığı altında araşdırma apararkən diqqətimi çəkən bir məsələ maraqlı məqam sayıla bilər. Bu araşdırmaya baxarkən sizin üçün bu aydın olacaq.Mənbədən tapdığım ən əlçatan şəhərlərə baxaq:

 

Ən əlçatan şəhər kimi birinci yeri tutan İrlandiyanın paytaxtı Dublindir. Dublin ən çox ziyarət edilən 20 şəhərin ən əlçatan hava limanlarından birinə malikdir və həmçinin çoxlu sayda əlillər üçün dayanacaqlara malikdir, şəhərin mərkəzindəki avtomobil parklarının 74%-də əlillər üçün yerlər var. İkinci yerdə Amsterdamdır, əlçatanlıq üçün yüksək bal toplayır. Şəhərin görməli yerlərinin çoxuna, o cümlədən kanallarda qayıq turlarına əlil arabası olanlar daxil ola bilər, Amsterdam Schiphol də dünyanın ən əlçatan hava limanlarından biridir. İkinci yerdə Amsterdama qoşulan Nyu Yorkdur, dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir. JFK əlillər üçün çox əlverişli hava limanı olmaqla yanaşı, NYC də 36% ilə əlil arabası üçün əlçatan olan otellərin ən yüksək faizinə malikdir. Əlil arabası üçün restoranların ən yüksək faizinə malik şəhərlərin hər üçü inanılmaz yeməkləri ilə tanınan İtaliyada (Florensiya, Roma və Milan) yerləşir.Berlin əlil arabası üçün ən çox attraksiona malikdir (şəhərin görməli yerlərinin 43%-i). İndiyə qədər əlillər üçün yerləri olan avtomobil parklarının ən yüksək faizinə malik olan şəhər mərkəzi Los-Ancelesdir, burada şəhər mərkəzindəki parkinqlərin 96%-də əlillər üçün yerlər var.

 

Bundan əvvəl qeyd etdiyim məqam bu şəhərlərin hamısının İEÖ-in şəhərləri  olduğu idi.Bu şəhərlərin əlçatanlığının yüksək olması təəccüblü görünməyə bilər çünki  biz bilirik ki,bu ölkələr elm və təhsilin sayəsində inkişaf ediblər. Yəni şəhərlərin əlçatan və inkluziv olması birbaşa elm və texnika ilə bağlıdır. Bu mənim araşdırma ilə çıxartdığım nəticədir. Əlilliyi olan şəxslərin problemsiz hərəkət etməsini təmin etmək elm işçilərinin,tələbələrin, səlahiyyətlin orqanların daim diqqətində olmalıdır.

 

Ümumiyyətlə,hər bir şəhərin öz mühitinə uyğun standartları olmalıdır. Bir strategiyanı bütün dünya şəhərlərinə tətbiq etmək mənasız olardı. Hər şəhər (buna həm şəhərin sakinlərini həm də səlahiyyətli orqanlarını daxil edirəm) standartlarını müəyyən edib daim inkişaf etdirməlidir. Araşdırma edərkən dünyanın bir sıra şəhərlərinin standartlarını internetdə tapdım. Bunlara misal olaraq Vaterlo, OttovaBurlinqton şəhərlərini göstərə bilərəm. Şəhərlərin adlarının üzərinə vurub standartlarla tanış ola bilərsiniz.

 

Standartlardan danışarkən Amerika Birləşmiş Ştatlarının əlillərlə bağlı qəbul etdiyi aktı da qeyd etmək olar. Akt The Americans with Disabilities Act (ADA) adlanır və ümumi məzmunu belədir. ADA ictimai həyatın bütün sahələrində, o cümlədən iş yerlərində, məktəblərdə, nəqliyyatda və geniş ictimaiyyət üçün açıq olan bütün ictimai və özəl yerlərdə əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyi qadağan edən vətəndaş hüquqları qanunudur. Ətraflı məlumat istəyənlər bu mənbədən məlumat toplaya bilər.

 

Nəticə olaraq bir neçə  standartları və tətbiqlərini  qeyd edirəm.            

 

-----Mənbə üçün----                                                              

1.Xəritə tətbiqlərinə nəzarət olunmalıdır çünki, onlarda  rampalar və aşağı salınmış bordürlərdəki təfərrüatların olmaması fiziki qüsurlu insanlar üçün yaxşı işləmədiyini bildirir. Vaşinqton Universitetinin Taskar Əlçatan Texnologiya Mərkəzinin bir həlli var: hərəkət qabiliyyəti məhdud olan piyadalara əlçatan marşrutları planlaşdırmağa imkan verən xəritə əsaslı proqram.  AccessMap istifadəçilərə təyinat yerinə daxil olmaq və yoxuş və ya eniş meyllərini məhdudlaşdırmaq kimi fərdiləşdirilmiş parametrlərdən asılı olaraq təklif olunan marşrutları qəbul etmək imkanı verir.

 

2.Sinqapurda  əlçatanlıq üçün edilənlərə baxaq:

 

 2030-cu ilə qədər hər beş Sinqapurludan biri 60 yaşdan yuxarı olacaq və bu "gümüş sunami" qocalma və əlillik barədə məlumatlılığa səbəb olacaq.  Şəhər tarixən inklüziv təcrübələri ilə tanınmasa da, bu yaxınlarda əlçatan “istifadəçi üçün əlverişli tikilmiş mühit” üçün BMT-nin tərifini qazanmışdır. Sinqapurun Bina Tikinti İdarəsi tərəfindən tərtib edilmiş Universal Dizayn prinsipləri 2007-ci ildə istifadəyə verildiyi gündən bəri yeni inkişaflarda əlçatanlığı təşviq etmişdir. Mərkəzi biznes rayonunda yerləşən CapitaGreen, UD mükafatlarının sahibi olan 40 mərtəbəli ofis blokudur.  2014-cü ildə 1,3 milyard Sinqapur dolları (700 milyon funt sterlinq) dəyərində tamamlanan Toyo Ito dizaynlı strukturda əlillərin binanın ətrafında daha asan hərəkət etməsinə kömək etmək üçün sütunsuz boşluqlar və aşağı konsyerj sayğacı var. Lift qapıları daha uzun müddət açıq qalır, tutacaqlar pilləkənlərin hər iki tərəfində yerləşir və stulların tutacaqları var.  Eşitmə induksiya dövrəsi eşitmə cihazlarından istifadə edənlər üçün daha aydın ünsiyyət yaratmağa imkan verir, Brayl istiqamətləri, toxunma təlimatları və asan oxunan piktoqraflar isə görmə qabiliyyəti zəif olanlara kömək edir.  Yeraltı piyada keçidlərindən və iki Kütləvi Sürətli Tranzit (MRT) stansiyasından ofisə gedən marşrutlar maneəsizdir.

 

Binanın əlilliyi olan  və yaşlı şəxslər üçün necə faydalı olduğunu görürsünüz.

 

3.Gəlin son olaraq çox maraqlı inkluziv mühitlə tanış olaq.

 

İngiltərənin şimal-qərbindəki Chester iki mil uzunluğunda Roma, Sakson və Orta əsr divarları və Rows adlanan yüksək gediş yolları ilə məşhurdur.  Lakin şəhərin tarixi statusu onun əlçatanlıq çempionu rolunu inkar edir: keçən il Avropa Komissiyasının Access City mükafatını qazanan ilk Britaniya şəhəri oldu. Sıralar rampalar, lift və eskalatorla əlçatandır, şuranın 15 illik bərpa strategiyası isə yeni inkişaflarda əlçatanlığı prioritetləşdirir.

 

 

Birinci hissəni artıq burada sonlandırmaq istəyirəm. Ümid edirəm ki, ətraflı məlumat verə bilmişəm. Bu hissəni aşağıdakı cümlə ilə tamamlamaq istəyirəm.

 

“Biz birlikdə işləməyə davam etməliyik ki, əlilliyi olan vətəndaşların özlərini evdəki kimi hiss etmələri üçün şərait yarada bilək.”

 

 

 

Hissə 2:

 

İndi isə aydınlaşdıraq ki, Bakı yuxarıda sadaladığımız və ya başqa standartların hansı hissəsinə cavab vermir? Əlavə olaraq, mən cavab verən hissələri də qeyd etməyi planlaşdırıram.

 

Ümumiyyətlə qeyd edə bilərəm ki, Bakı şəhəri son illərdə ən çox inkişaf etmiş sırasındadır. Amma bu əlçatan şəhər olduğu mənasına gəlmir.Araşdırma edərkən paytaxtımızda əlilliyi olan şəxslərin hərəkəti üçün problemli yerlərin çox olduğunu müşahidə etdim.Bu problemləri vizual görmək üçün Dj Turalın  1 il öncə şəhərdə keçirdiyi eksperimentə baxmağınız kifayətdir.(link)

 

Bakıdakı vəziyyəti araşdırarkən,sosial sahibkar Məhəmməd Kekalov-un yazısını gördüm.O, şəhərimizdə olan problemləri ətraflı şəkildə izah edib:(Mənbə)

 

2020-ci ildə Paralimpiyaçı atletlərlə keçirdiyim bir fokus qrup zamanı iştirakçılardan biri mənə çox təsir edən bir statistika açıqladı,  ‘ölkədə əlilliyi olan şəxslərin ancaq 3%-nin, yəni, hardasa, 20 min nəfərin sosial həyatı var’. Bu rəqəmin aşağı olduğunu təxmin etsəm də, real rəqəmi öyrənəndə çox təəccübləndim. Azərbaycanda əlilliyi olan şəxslər ümumi əhalinin 3%-ni təşkil edir. Bir neçə həftə sonra mən təkərli araba istifadəçisi bir xanımla ünsiyyətdə olarkən, o qeyd etdi ki, 40 il boyunca, ümumiyyətlə, evindən kənara çıxmayıb.

 

Bakının mərkəzində axşamlar siz əlilliyi olan şəxslərə rast gələ bilməzsiniz və bu məntiqi olaraq, narahatedici sual yaradır. Nəyə görə görə əlilliyi olan şəxslər yaşadıqları yeri tərk etmirlər? Əlilliyi olan şəxslərlə müsahibələr zamanı aydın olur ki, problemin kökü mədəni, sosial normalardan,  qanunvericilikdən və infrastrukturdan qaynaqlanır.

 

Mobillik və nəqliyyat

 

Azərbaycanda Bakının mərkəzindən keçən bir neçə avtobus xəttindən başqa, şəhərdaxili nəqliyyat  sistemi əlilliyi olan şəxslərə uyğun deyil. Şəhərin kənarında, bu marşrut xətlərinin keçmədiyi ərazilərdə yaşayırsızsa və ya ümumiyyətlə, Bakıda yaşamırsızsa,  siz ancaq piyada, şəxsi avtomobil yaxud  taksi ilə harasa gedə bilərsiniz. Əslində metro da bir seçimdir, amma onun əlilliyi olan şəxslər üçün işləmə mexanimzi səmərəsizdir. Əlilliyi olan şəxslərin metrodan istifadəsini artırmaq üçün Bakı Metropoliteni 2019-cu ildə start verdiyi proqram əlilliyi olan sərnişinləri getdikləri stansiyaya qədər müşayiət etmək üçün iki nəfər şaperon təyin edir. Bu xidmətdən yararlanmaq üçün ən azı bir saat qabaqcadan zəng vuraraq, gediləcək yeri metro işçilərinə bildirmək lazımdır. Ancaq bundan sonra sərnişin metronun girişində qarşılanır və son nöqtəyə qədər ötürülür. Belə vacib bir problemə bu cür ötəri həll üsulu ilə yanaşma  bu istiqamətdə real dəyişikliyin nə qədər çətin olduğunu göstərir. Hazırda Bakı Metropoliteninin ancaq 2 yeni tikilən stansiyasında liftlər mövcuddur.

 

Bu yazını oxuyanda çox təəssüfləndim və problemlər bununla da yekunlaşmır. Gəlin davamına nəzər yetirək.

 

İş imkanlarının məhdud olması

 

Taksi xidmətlərindən istifadə də bir seçimdir, amma taksidən müntəzəm və ya tez-tez  istifadə etmək, Azərbaycandakı minimum gəlir (250 AZN)1 nəzərə alınarsa, əlilliyi olan şəxslər üçün bahalı xidmət sayıla bilər. Bunun üçün əlilliyi olan şəxslərin iş təminatı olmalıdır ki, bu da, özü özlüyündə, ayrı bir problemdir.

 

Belə ki, əlilliyi olan şəxslər üçün iş imkanları çox məhduddur.  İşəgötürənlər əlilliyi olan namizədlərin bacarıqlarına və ya təhsilinə şübhə ilə yanaşdıqlarına görə əlilliyi olan şəxsləri işə götürməkdən yayınırlar. Bu qeyri-bərabər yanaşmanın əsas məsuliyyəti dövlət siyasəti ilə sıx bağlıdır. Qanuna əsasən, işəgötürənlər müəssisənin ölçüsünə görə müəyyən sayda əlilliyi olan şəxsləri işə götürməlidirlər, amma buna əməl edən müəssisələr çox azdır. Onlar az miqdarda cərimə ödəyərək məsuliyyətdən yayına bilirlər.

 

İş təminatı az olduğundan, əlilliyi olan şəxslərin əksər hallarda yeganə gəlir mənbəyi dövlətin təyin etdiyi müavinətlərdir. Birinci qrup əlillik üzrə müavinət Prezident təqaüdü ilə birlikdə 280 manatdır. İkinci və üçüncü qrup üzrə penisyalar isə müvafiq  olaraq, 130 və 110 AZN-dir. Məbləğin Azərbaycandakı real aylıq zəruri tələbat xərclərindən  çox aşağı olması ölkədəki  sosial-iqtisadi bərabərsizliyin səbəblərindən biridir. Maliyyə imkanları məhdud olan əlil şəxslər, əksər hallarda, öz istedadları və bacarıqları əsasında iş tapmağa nail olurlar, məsələn, çəkdiyi rəsm əsərlərini, toxuduğu çantaları sataraq, gəlir əldə edirlər.

 

Təhsildə inklyuzivlik

 

Əlillərin təhsilə əlçatımlılığı mövcud durumda aktual məsələlərdəndir. Məktəb binalarından (fiziki əlçatımlılıq) əlavə, həm də məktəb kurikulumu da əlilliyi olan şəxslər üçün əlçatan deyil. Bu məhdudiyyətlərə görə əlilliyi olan şəxslərin böyük əksəriyyəti pulsuz təhsildən yararlana  bilmir və öz hesablarına təhsil almalı olurlar. Təhsil təminatının aşağı olması sonradan onları  ailələrindən asılı olmağa vadar edir. Keyfiyyətli təhsil ala bilmədikdə, yaxşı iş tapa bilmir və öz yaşayışlarını həm fiziki, həm də maddi baxımdan  təmin etmək üçün digərlərindən  asılı qalırlar. Əlillik səbəbindən yaranan güc bərabərsizliyi çoxlu çayların töküldüyü böyük bir gölə bənzəyir. Məktəbdən, xəstəxanadan, iş yerindən, infrastrukturdan qaynaqlanan sistemli, qısa müddətdə həlli mümkün olmayan problemlər bir hövzəyə axır və belə bir fonda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası tələb olunur. Təbii ki, bu durumda  belə bir məqsədə çatmaq, onlardan cəmiyyətin bir parçası olmağı gözləmək xəyalpərəstlikdir.

 

Problemin nə qədər çox olduğunun fərqinə vardıq.Bəs bunları həll etmək üçün addımlar atılırmı? Gəlin bu məsələyə baxaq.

 

Araşdırma edərkən gördümki, islahatlar ancaq şəhərin mərkəzi küçələrində aparılır.Buda bu problemin həllinin yalnız köklü islahatlar olduğunu göstərir.Səlahiyyətli orqanlar bu mövzunu diqqətdə saxlamalı və davamlı inkişaf planı hazırlamalıdır.Bakının əlçatanlığın aşağı səviyyədə olduğunu görüb məyus olarkən bu xəbəri görmək məni sevindirdi.Mədəniyyət paxtaxtımız Şuşada “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb.Layihə haqda məlumatda deyilir.   ---Mənbə---

 

Layihə çərçivəsində Şuşa şəhərində infrastrukturun layihələndirilməsinin və tikinti-bərpa işlərinin monitorinqləri aparılacaq, müvafiq ərazilərin layihə-smeta sənədlərində nəzərə alınmaq üçün təkliflər hazırlanacaq, işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki”, “Universal dizayn və müyəssərlik” mövzularında seminar-təlimləri keçiriləcək. Bundan başqa Şuşa şəhərində bir otelə, tarixi abidələrə, ictimai binalara və qurumlara çıxışın müyəssərliyinin təmin olunması, ictimai istifadə üçün müyəssər kommunal sahənin (modul tipli sanitariya qovşağı və duş) hazırlanması və quraşdırılması işləri görüləcək.

 

Bunlarla yanaşı Şuşa şəhəri üzrə müyəssərlik xəritəsinin hazırlanması, nəşri və kütləvi-informasiya vasitələrində məlumatların yayımlanması işləri yerinə yetiriləcək.

 

Layihənin icrası Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

 

 Bir sevindirici xəbərdə var.Bu il “Enactus Azərbaycan 2022” müsabiqəsinin qalibi “Kekamaps” və “Limitless” layihələri ilə UNEC komandası olmuşdur.Və  layihələrin  əsas məqsədləri əlilliyi olan şəxslərin sosiallaşmağına kömək etmək və şəhərimizdə müstəqil olaraq hərəkətini təmin etməkdir.Ümid edirik ki,beynalxalq mərhələdə də komandamız ölkəməzi layiqincə təmsil edəcək və ölkəmizdə əlilliyi olab şəxslərin problemləri azalacaq.

 

Artıq araşdırmanın sonuna gəldik. Ümid edirəmki, araşdırma sizin üçün faydalı olacaq və həm Bakı şəhərimiz həm də bütün dünyada ayrıseçkilik yox olacaq nəticədə inkluziv cəmiyyətə nail olacağıq.

 

 

Hörmətlə,

Cəfər İbrahimov

 

Açar sözlər- Əlçatan şəhər              

                     İnkluzivlik

                     Ayrıseçkilik

                     Standartlar

                     Bakı

                    İctimai nəqliyyat

                    Təhsil

                    Şəhərsalma

Qeyd:Araşdırma üçün istifadə etdiyim mənbələri mətndə yerləşdirmişəm.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    jafaribrahimov
  • Ad Soyad:

    Cəfər Ibrahimov
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Tianjin Binhai Kitabxanası

07.03.2021

Səyahət

Bu gün sizinlə birlikdə Çinin Tianjin şəhərində yerləşən Tianjin Binhai kitabxanasına səfər edəcəyik.

paper-1-img
Qütb İşıqları Haqqında Bilmədikləriniz

01.04.2021

Səyahət

Çox güman ki, siz məşhur qütb işıqları haqqında nə vaxtsa eşitmisiniz. Gəlin qütb işıqları ilə bağlı bilmədikləriniz bəzi faktlara nəzər salaq.

paper-1-img
Kapadokya və Onu Məhşur Edən Səbəblər

19.11.2021

Səyahət

Bu ərazi harada yerləşir və nəyə görə o bu qədər məhşurdur?