employment.az employment.az

Dərc olunma tarixi

06.02.2023 Texnologiya

Baxış sayı

eye 2535

Oxunma müddəti

clock 2 dəq

ChatGPT nədir və ondan necə istifadə etmək olar?

Süni intellekt tədqiqat şirkəti OpenAI, GPT-3.5 dil modelinə əsaslanan çat-bot ChatGPT-ni beta versiyada istifadəyə verib. ChatGPT hələ sınaq mərhələsində olsa da, imkanları ilə diqqət çəkməyi bacarıb. Hətta ChatGPT-nin Google-ı əvəz edəcəyi deyilir. Bu günə qədər çoxlu süni intellektlə dəstəklənən çat-botlar yaranıb. Bununla belə, ChatGTP-ni bu çat-bot versiyalarından fərqləndirən bir çox xüsusiyyət var. Hansı özəlliklər? Gəlin, birlikdə baxaq.

 

ChatGPT-nin ən əsas xüsusiyyəti verdiyiniz suallara real vaxt cavabları verməsidir. Ağlınıza gələn istənilən mövzu ilə bağlı sual verə və səlis cavablar ala bilərsiniz.

 

2021-ci ilə qədər mövcud olan bütün məlumatları oxuyan və öyrənən söhbət robotu bu məlumatların işığında suallara ən doğru şəkildə cavab verir. İnkişaf prosesi davam etdiyi üçün sonrakı dövrlərdə dərhal hər şeyi skan edəcək və buna uyğun cavablar verəcəkdir. Bəs o verilən suallara cavab verməkdən başqa nə edə bilər?

 

ChatGPT xüsusiyyətləri:

 

  • Sual-cavab: Ən əsas xüsusiyyət budur və yuxarıda ətraflı izah etdik.

 

  • Riyazi tənliklərin həlli: Çətin tənlikləri belə saniyələr ərzində həll etmək qabiliyyətinə malikdir. Hətta bunu necə həll etdiyini sadə şəkildə sizə izah edə bilər. Burada onun yaxşı müəllim olduğunu söyləməliyik.

 

  • Yazı mətnləri: Əsas akademik məqalələr, bədii mətnlər, film ssenarisi və s. bütün mətnlərin təqdim edilməsində uğurludur. Təbii ki, onu düzgün istiqamətləndirməniz və sorğunuzu dəqiq və ətraflı şəkildə daxil etməniz çox vacibdir.

 

  • Proqram təminatının inkişafı, proqram təminatının sazlanması və korreksiyası: Kod yazmaqda çox müvəffəqiyyətli olan ChatGPT kod blokundakı səhvlərin düzəldilməsi və düzgününün əlavə edilməsi prosesini də həyata keçirir.

 

  • Dillərarası tərcümə: Dillər arasında bütün tərcümələri edərkən, o, sadə dildən ən çətin səviyyəyə kimi sizinlə həmin dillərdə söhbət edərək dilinizi təkmilləşdirməyə kömək edə bilər.

 

  • Mətni ümumiləşdirmək və mətndəki açar sözləri aşkar etmək: Uzun məqalələri və mətnləri oxumaq istəmədiyiniz zaman sizə xülasə verə bilər.

 

  • Təsnifat: Məlumatın düzgün təsnifatı prosesini yerinə yetirir.

 

  • Tövsiyələr verir: Mövzu və ya fəaliyyətlə bağlı suallar verəndə o dost kimi öz məsləhətini verə bilər.

 

Süni intellektə əsaslanan çat-bot ChatGPT-nin ödənişli və ödənişsiz versiyaları mövcuddur. 

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.