-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
143
Dərc olunma tarixi
11.05.2023 TexnologiyaBaxış sayı
1081Oxunma müddəti
4 dəq1. Robot arılar
Son bir neçə ildə dünya üzərində bal arılarının sayı kəskin şəkildə azalmaqdadır. Bal arılarının yediyimiz qidaların təxminən 1/3-nin tozlanmasında iştirak etdiklərini nəzərə alsaq, bu durum ciddi bir narahatlıq doğurur. Bu canlılar olmasa, dünyada kənd təsərrüfatı çöküş nöqtəsinə doğru irəliləyər və normal olaraq da bu çöküş insanlığın sonunu gətirə bilər. Bu problemin qarşısını almaq üçün dünya alimləri durmadan çalışırlar. Ancaq çözüm heç gözlənilməz yerdən gəldi. Çözümü tapan Walmart oldu. 2018-ci ilin may ayında Walmart Holland dronları olaraq tanıdılan bu robotlar üçün bir patent müraciəti etdikdə bir çox insanın diqqətini çəkdi. Bu dronların məqsədi bitkilər arasında tozlanmanı həyata keçirmək, bununla da bitki, toxum və meyvələrin böyüməsini təmin etməkdir. Ancaq Walmart bunu satış üçün yox, sadəcə özləri üçün istifadə edəcəklərini bəyan edib.
2. Solar maşını (günəş enerjisi ilə işləyən maşın)
Elektrikli avtomobil ilk dəfə ortaya çıxdıqda ətraf mühitə çox böyük zərərlər verən benzinli avtomobildən qurtulucağımız və çevrə dostu bir maşın istifadə edə biləcəyimiz düşünülürdü. Lakin müəyyən müddət sonra elektrikli avtomobilin çox da praktik olmadığı anlaşıldı. Buna səbəb isə uzun batareya doldurma müddəti, batareya ömrünün az olması və batareyanı doldurmaq üçün elektrik məntəqələrinin az olması idi. Bu məqamlar elektrikli avtomobillərin yüksəlməsinə mane olurdu. Ancaq Holland avtomobil markası Lightyear özünün son texnologiyası olan Lightyear Zero ilə bu durumu dəyişəcəyinə inanır. Lightyear Zero günəş enerjisi ilə çalışan ilk avtomobillərdən biridir. Bu maşın tam dolu enerji ilə 624 km məsafə qət edə bilir. Bunun 70 km-i sadəcə günəş enerjisi hesabına mümkün olur, həmçinin hərəkət halında olsa belə hər 1 saatda 10 km-lik enerji toplayır. Bununla da elektrikli maşına sahib olan bir nəfərin yolda qalma ehtimalı minimuma enir.
3. Zehin idarə robotları
Bir çox alim və tədqiqatçılar insanlara faydalı ola biləcək protez hazırlamaq üçün davamlı olaraq çalışmaqdadırlar. Hətta bəzi alimlər öz ömürlərini sırf bu işə həsr ediblər. İsveçrə Federal Texnologiya İnstitutundakı bir qrup tərəfindən yeni icad olunan bu texnologiya sayəsində yeni bir dönəmə qədəm qoyulmaqdadır. Bu robotların insan beyni ilə idarə olunan ilk robotlar olacağı düşünülür. Burada hazırlanan robotlar fiziki bir təmas olmadan beyin dalğalarını toplayaraq işləyir. Bu robotlar bir neçə əngəlli insanın köməyi ilə hazırlanmışdır. Lakin robotların tam hazır olmadığı bildirilir. Səbəbin isə insanların reaksiyaları nəticəsində robotların ani hərəkət etməsi və bunun nəticəsində də yaranacaq zərərlər olduğu düşünülür. Məsələn, bir insan birdən birə qorxudularsa, robotlar ani və fərqli reaksiyalar verəcək. Bu da problem və ya zərər yarada bilər. Ancaq bu problemlərin də yaxın müddət ərzində həll olunacağı bildirilir.
4. Elektrikli şarj yolları (Elektrikli avtomobil yolları)
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, elektirikli avtomobillər uzun yollar üçün çox da əlverişli deyil. Bəzən bu avtomobillər sizi kimsəsiz yollarda təkbaşına qoya bilər. Bir də bunun magistral yolda olduğunu təsəvvür edin. Necə də pis olardı elə deyilmi? Bu sadəcə sürücü üçün yox, yolda olanlar üçün də böyük problemlər yaradardı. Bu problemi aradan qaldırmaq üçün İsveç dövləti paytaxt Stokholmu əhatələyən yolları 2 km-lik elektrikli relslərlə təchiz etdi və bu elektrikli relslərinin hər biri 50 m-lik bölümlərə ayrıldı. Relsin bir bölümü elektrikli maşın ilə təmas etdikdə maşının enerjisini artırır. Bu hadisə bir çox insanın İsveç yollarını zarafata salmasına səbəb oldu. Ancaq bu zarafatlar yeni texnologiyaların əhəmiyyətini inkar edə bilməzdi. Zaman keçdikcə dünya ölkələri bu fikrin effektiv olduğunu gördülər və müsbət yanaşmağa başladılar.
5. Starline layihəsi
Covid-19 dönəminin bizə öyrətdiyi ən böyük məqamlardan biri də bizim sosial varlıqlar olduğumuzdur. Etiraf edək ki, hər birimizin bir insan olaraq cəmiyyətə və insanlara ehtiyacımız var. Bilindiyi kimi bu dönəmdə insanların əksəriyyəti bir-birindən uzaq düşmüş və əlaqələr kəsilmişdi. Bu uzaqlığı və soyuqluğu həll etmək üçün çox zaman adi telefon danışıqlarının kifayət etmədiyi görüldü. Ancaq belə hallar təkrar olarsa və yenidən əvvəlki dönəmlərə qayıtsaq, Google üz-üzə əlaqə qurmaq üçün mükəmməl bir texnologiya yaratdığını bəyan edir. Şirkət bu texnologiyaya "Starline layihəsi" adını vermişdi. Bu layihə insanlara üz-üzə 3d modelləri ilə görüntülü danışmaq imkanı təqdim edir. Google-a görə bu sistem adi görüntülü söhbətdən qat-qat keyfiyyətli olacaq və insanlara eyni otaqdalarmış kimi hiss etdirəcək. Bu isə qeyd etdiyimiz kimi, həmin insanların 3d görüntüləri ilə mümkün olacaqdır. Lakin bu texnologiya hazırda Google-un bəzi iş yerlərində istifadə olunur və dünyada yayılmış halını görmək üçün isə hələlik uzun zaman gözləməli olacağıq.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14304.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.