-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
16.06.2023 SəyahətBaxış sayı
Oxunma müddəti
Hər kəsin xəyalında görmək istədiyi müəyyən yerlər olsa da, seçiminizdə sizə yön verə biləcək və ölmədən öncə mütləq görüb gəzməli olduğunuz fantastik gözəllikdə dünya mənzərələrinin olduğu 10 yeri sıraladıq.
1. Bali, İndoneziya
“Tanrıların Cənnət Adası: Bali”
Bura elə bir yerdir ki, daha adaya doğru ilk addım atmağınızla sizi valeh etməyə başlayır. Dünyanın ən məşhur 50 səyahət nöqtələri siyahısının başında yer alan Bali adası-tropik meşələri, əsrarəngiz qumlu çimərlikləri, hər kəsi heyran edən yeməkləri və tropik meyvələri ilə sanki cənnətin “dörd element”ini özündə birləşdirir. Siz burada çimərliklər, vulkanlar, Komodo əjdahaları ilə fillər, oranqutanlar, pələnglər məskəni olan vəhşi təbiətin gözəlliklərini əks etdirən cəngəlliklər tapa bilərsiniz. Bir sözlə, bura həqiqətən də “Tanrıların Cənnət Adası”dır.
2. Giza Piramidaları, Misir
Misirdəki Piramidalar bir çox insanın ölmədən öncə mütləq ziyarət etməli olduğu yerlər siyahısının başında yer alır. Gizada yerləşən və günümüzə qədər gəlib çatan Misir Piramidaları arasında ən böyüyü olan Xeops Piramidasının adı Dünyanın Yeddi Möcüzəsi siyahısına salınıb.
3. Böyük Çin Səddi
Dünyanın ən məşhur turizm yerlərindən biri olan və hər il 10 milyon turistin ziyarət etdiyi Böyük Çin Səddinin tikintisi 2 min ildən çox müddətə tamamlanıb. UNESCO Dünya Mirası olan bu minlərcə mil uzunluğundaki səddə səyahət edərək Çinin zəngin tarixi ilə tanış ola bilərsiniz.
4. Tac Mahal, Hindistan
“Dünyada insanlar 2 yerə ayrılır: Tac Mahalı görənlər ve görməyənlər” (İngilis lordu Edward Lear)
"Hindistanda müsəlman sənətinin incisi və dünya irsinin universal şah əsərlərindən biri” kimi 1983-cü ildən etibarən UNESCO-nun Ümumdünya İrs Siyahısındadır.
5. Şimal İşıqları
Təbiətin Arktika Şimal işıqlarını İslandiya, Norveç və Kanada kimi yerlərdə gecə səmasında rəqs edən rəngli işıqların valehedici mənzərəsində izləyə bilərsiniz.
6. Mərcan Rifləri, Avstraliya
Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Dünyanın ən böyük mərcan rifi sistemində zəngin dəniz yaşamını və heyrətamiz sualtı mənzərələri kəşf edin.
7. Qalapaqos Adaları, Ekvador
Bənzərsiz bir ekosistem, nəhəng tısbağalar, dəniz iguanaları ve mavi ayaqlı quşlarla rəngarəng təbiəti məhz Qalapaqos adalarında görə bilərsiniz.
8. Böyük Kanyon, ABŞ
Dünyanın ən dərin kanyonlarından biridir. ABŞ-nin Arizona ştatının Kolorado platosunda yerləşən bu kanyon Böyük Kanyon Milli Parkının ərazisinə daxildir. Kolorado çayının yaratdığı bu nəhəng vadidən qayalıq və canlı rəngləri müşahidə edin.
9. “Chocolate Hills”, Filippinlər
Filippinin Bohol adasında yerləşən qeyri-adi "Şokolad Təpələri", təqribən 1268 eyni ölçülü təpədən ibarətdir. Yer kürəsinin ən maraqlı yerlərindən hesab olunan bu təpələrin ərazisi 50 kv. kilometrdir. Təpələrin hündürlükləri isə 30 metr ilə 121 metr arasında dəyişir. Görünüşü ilə insanları valeh edən bu təbiət möcüzələri quraq mövsümlərdə yağış qıtlığından quruyaraq qəhvə rənginə büründüyü üçün “Şokolad Təpələri” adlandırılır. Bohol bölgəsinin bu gözəl mənzərəli təpələri hər il on minlərlə turisti qonaq edir. Kələ-kötür quruluşu olan bu təpələrdə onlarla müxtəlif bitki və digər canlılar yaşayır. Filippinin "Şokolad təpələri" həm ölkənin Turizm Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır, həm də UNESCO-nun Dünya Mirası siyahısında yer alır.
10. “Gəzməyə qərib ölkə, ölmədən öncə bir daha görməyə Vətən mənzərələri yaxşı!”
Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü “Şahdağ” Milli Parkının ərazisində yerləşir. Qaranohur gölü İsmayıllının rayon mərkəzindən 8 kilometr şimal-şərqdə, təxminən Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsində Böyük Qafqazın baş suayrıcı silsiləsinə paralel uzanan məşhur Nial dağının cənub yamacında yerləşir.
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Qrız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir neçə bulaq, şəlalə və mağara var. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevirsinizsə, bura sizin üçün əvəzolunmaz istiqamət olacaq.
İstisu Masallı şəhərindən 12 km aralıda, Dəmbəlova dağının ətəyində, Viləş çayının sahilində yeləşir. Yerin 90-250 km dərinliyindən təxminən 69 dərəcədə çıxan mineral su bir çox xəstəlikləri müalicə edir.
Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada yerləşən Şəmkir qalasının qalıqları sizi bir neçə yüz il əvvələ aparacaq.
Bu gözəllik öz vətənimizdədir. Yolunuzu Zaqatalanın Aşağı Tala kəndində yerləşən “Lecheq Farm and Distillery” gül yağı emalı zavoduna məxsus qızılgül və lavanda plantasiyalarından salsanız, özünüzü sanki cənnətdə hiss edəcəksiniz. 2016-cı ildən fəaliyyət göstərən “Lecheq Farm and Distillery” təsərrüfatında Dəməşq qızılgülü, ensizyarpaq lavanda və nanə kimi bitkilər yetişdirilir. Burada olarkən dörd bir yanı bürüyən gözəlliyi seyr etdikcə güllərin bihuşedici qoxusu sizi valeh edəcək.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Səyahət
01.04.2021
Səyahət