-
İstifadəçi adı:
Nazli -
Ad Soyad:
Nazlı Kərimova -
Məqalə sayı:
2
Dərc olunma tarixi
31.10.2023 TexnologiyaBaxış sayı
678Oxunma müddəti
2 dəqAxtarış motoru nəhəngi Google yaxın günlərdə rəqiblərinin önünə keçmək üçün bir sıra addımlar atarkən, həm də digər tərəfdən süni intellekt anlayışını istifadəçilərinə tanıtmaq, praktiki olaraq necə işlədiyini və tətbiq olunduğunu anlatmaq üçün pulsuz kurslar başlatdı.
Google Cloud üzərindən qoşula biləcəyiniz, peşənizdən asılı olmayaraq bitirdiyinizdə kariyeranıza fayda verəcək 7 pulsuz süni intellekt kursunun siyahısını təqdim edirik:
Introduction to Generative AI
Tanıtım videosu linki: https://www.youtube.com/watch?v=G2fqAlgmoPo
Bu kurs Generativ Süni İntellektin nə olduğunu, necə istifadə edildiyini və ənənəvi metodlardan nə ilə fərqləndiyini izah edir.
1. Introduction to Large Language Models (LLMs)
Bu kursda böyük dil modellərinin (LLM) nə olduğundan, istifadə edilə biləcəyi hallardan başlanğıc səviyyəsində bəhs olunur.
2. Introduction to Responsible AI
Responsible AI-nin nə olduğu, nə üçün vacib olduğu və Google-un öz məhsullarında onu necə tətbiq etdiyini izah edir.
3. Introduction to Image Generation
Sizi diffuziya modellərinin arxasında duran nəzəriyyə və onları Vertex AI-də necə öyrətmək və yerləşdirməklə tanış edir.
4. Encoder-Decoder Architecture
Enkoder-dekoder arxitekturasının əsas komponentlərini izah edir.
5. Attention Mechanism
Diqqət mexanizması - maşın tərcüməsi, mətnin ümumiləşdirilməsi və suala cavab kimi müxtəlif maşın öyrənmə tapşırıqlarının performansını yaxşılaşdırmaq üçün necə istifadə oluna biləcəyini öyrədir.
6. Transformer Models and BERT Model
Transformator arxitekturasının əsas komponentlərini və onun BERT modelini qurmaq üçün necə istifadə olunduğunu izah edir.
7. Create Image Captioning Models
Dərin öyrənmə üsulundan istifadə edərək şəkil yazısı modeli yaratmağı öyrədir.
Qeyd olunan kurslar süni intellekt sahəsində özünü təkmilləşdirmək və iş həyatında rəqabət üstünlüyü qazanmaq istəyən hər kəs üçün əla fürsətdir. Tələbə, işçi və ya sahibkar – statusunuz və peşənizdən asılı olmayaraq bu kurslar sizə süni intellekt haqqında əsas və yenilikçi özəlliklər təklif edir.
Kursların ən əlverişli tərəfi isə qoşulmaq üçün əlavə hər hansı spesifik tələbin, proqramlaşdırma bacarıqlarının zəruri olmaması və pulsuz olmasıdır ki, bu da onu bütün istifadəçilər üçün əlçatan edir.
Kurslara necə qoşulmaq olar?
https://www.cloudskillsboost.google/journeys/118
Bu kurslar ödənişsizdir və hər kəs qoşula bilər. Kurslara başlamaq üçün Google hesabınızla yuxarıdaki linkə daxil olmaq kifayətdir. İstədiyiniz zaman və istədiyiniz yerdə kursları izləyə bilərsiniz. Kursları bitirdikdən sonra sertifikat da ala bilərsiniz.
Nəticə olaraq bu kursları tamamladığınız zaman süni intellekt ilə əlaqəli ilkin anlayış və əsas terminləri öyrənəcək, süni intellekt modellərinin necə yaradıldığı və öyrədildiyi və süni intellektin tətbiqi ilə bağlı real nümunələr ilə tanış olacaqsınız.
Daha ətraflı məlumat üçün: https://cloud.google.com/blog/topics/training-certifications/new-google-cloud-generative-ai-training-resources
İstifadəçi adı:
NazliAd Soyad:
Nazlı KərimovaMəqalə sayı:
204.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.