-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
14.03.2024 TexnologiyaBaxış sayı
Oxunma müddəti
Bəşəriyyət hər zaman əldə etdiklərindən çoxunu arzulayıb və onlardakı bu istək insanları düşünməyə vadar edərək inkişafa səbəb olub, nəticədə müasir dünyamız formalaşıb. Amma bəşəriyyətin yeniliklərə can atmaq həvəsi hələ də bitməyib. Hal-hazırda bir çox insan ən yaxşısını əldə etməyə çalışır. Siz bu məqaləni oxuyarkən onlardan bəziləri hər gün səssiz-səmirsiz yaşadığımız dünyanın “saxtasını” hazırlayırlar. Məqsəd gerçək dünya ilə virtual dünyanı birləşdirməkdir.
Belə bir şeyin faydası nə ola bilər?
Niyə bu məqsəd üçün bu qədər çox çalışırlar?
Məqalənin sonunda siz bu suallara cavab tapmış olacaqsınız.
Biz televiziya, mobil telefonlar və kompüterlər vasitəsilə iki ölçülü dünyaya öyrəşmişik. Şüşə arxasında nəyisə izləmək artıq bizə təəccübləndirici təsir bağışlamır. Bəs XI əsrdə Fransada yaşayan feodala televizor göstərilsəydi, nə düşünərdi?
İndi də Ayna dünyalar anlayışına bir çoxlarımız fransız qalmışıq. Təsəvvür edək ki , baxdığımız sənədli filmdəki şir təkcə şüşənin arxasında deyil, evimizdə olsaydı, özümüzü necə hiss edərdik? Yoxsa sevdiyiniz film qəhrəmanı qəfil qapınızdan içəri girsəydi? Bu konsepsiya bir az “Artırılmış Reallıq” və bir az da “Virtual Reallıq” kimidir. Bu, tam olaraq "Qarışıq Reallıq" adlanır. Hərfi mənada “qarışıq reallıq” kimi tərcümə edə bilərik. Bunun başqa bir fəlsəfi tərifi isə “Ayna dünyalar”-dır.
Yale Universitetinin Kompüter Elmləri Professoru David Gelernter 1991-ci ildə yazdığı kitabda “Ayna Dünyalar” haqqında geniş məlumatlar vermişdir. Biz bunu real dünyanın rəqəmsal əksi kimi təsvir edə bilərik.
Ayna Dünyalarda hər şey real dünya ilə oxşar olacaq. Okeanlardan kosmosa, evlərdən meşələrə, yollardan dağlara qədər əksər obyektlərin surətləri artıq yaradılmışdır. Obyektlərin rəqəmsal formasının yaradılması ilə yanaşı onların interyerinin də surətinin çıxarılması mümkündür. Bununla da, lazımi təchizatlar hazır olduqda “rəqəmsal saxtalaşdırılan” obyektlərdən istifadə mümkün olacaqdır. Bundan əlavə, sosiallaşmaq və dünyanın bir çox ölkəsinə səyahət etmək üçün unikal imkanlara sahib olacağıq.
Dünyamızın texnologiya nəhəngləri bu sektorda möhkəmlənmək üçün böyük həcmdə investisiya fəaliyyətləri həyata keçirirlər. Microsoft tərəfindən hazırlanmış HoloLens-in ikinci versiyası artırılmış reallıq sahəsində mühim addımdır. Bu texnologiya sayəsində istifadəçilər real və virtual dünya arasındakı sərhədlərdə qarşılıqlı əlaqədə ola və yeni yaradıcı tətbiqlər inkişaf etdirə bilərlər. HoloLens-in ikinci buraxılışı Mirror Worlds vizyonunu həyata keçirmək üçün daha təkmil platforma təqdim edir. Microsoft bu məhsulu son istifadəçilərə deyil, yalnız iş dünyasına satacağını açıqlamışdır.
Dünyanın qabaqcıl şirkətləri uzaqgörənlik edərək yeni yaranacaq dünyada hökmranlıqlarını qorumaq istəyirlər. Cari vəziyyətdə necə ki, 10 nəfərdən 9-u internetdən istifadə edir, gələcəkdə də “Ayna dünyalar” üçün oxşar nisbət mövcud olacaqdır. Şirkətlər haqlı olaraq bu fürsəti əldən verməmək üçün çox çalışırlar.
Bəs Ayna dünyaların fatehi kim olacaqdır? Böyük bazar gücünə malik olan dünya nəhəngləri mi, yoxsa 0-dan yaranan yeni bir şirkət mi? Bunu zaman göstərəcək. Dəyişən dünyamıza qarşı sənin prioritetin isə bu olmalıdır: O aynanın qarşısına keçib özünü başqalarının yerindəmi xəyal edəcəksən, yoxsa yeni dünya tarixində iz qoyanlardanmı olacaqsan? Unutma ki, aynanın hansı tərəfində duracağını sən özün seçirsən.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14904.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.