employment.az employment.az

Dərc olunma tarixi

22.05.2024 Texnologiya

Baxış sayı

eye 2285

Oxunma müddəti

clock 4 dəq

Piksellərdən Qalıcı Xatirələrə

Texnologiyanın inkişafı bəşər tarixində ən diqqətəlayiq və sürətli dəyişikliklərdən biridir. Tarix boyu insanlar alətlər və metodlar inkişaf etdirərək həyatlarını asanlaşdırmağa çalışmışlar.

  Texnologiyanın inkişafı keçmiş xatirələri qorumaqla və paylaşmaqla mühüm rol oynayaraq, xatirələrə də böyük təsir etmişdir.Fotoşəkillər və videolar kimi rəqəmsal formatlarda saxlanıla bilən xatirələr zamanla deformasiyaya uğramadan qorunub saxlanıla bilər. Texnologiya insanların bir-biri ilə əlaqə yaratmasına imkan verməklə yanaşı, həm də keçmiş xatirələri və münasibətləri qorumaq və canlandırmaq üçün bir vasitəyə çevrilmişdir. Bir neçə gün əvvəl sosial şəbəkələrin birində gördüyüm paylaşım bunun bariz nümunəsidir. Həmin mesajı olduğu kimi təqdim edirəm:

Atamla Yeni Zelandiyadakı həyatım haqqında kiçik söhbət edirdim. Bu, atamın bir neçə gün sonra vəfat etməzdən əvvəl mənə göndərdiyi son mesaj idi.Nə vaxt depressiyaya düşsəm və ya tənha olsam, atamı ölməzdən əvvəl qürurlandırdığımı bilərək fəxr hissi keçirirəm və vaxtaşırı bu mesaja nəzər yetirirəm.

  Həmin şəxsin atası üçün hiss etdiyi duyğular həqiqətən təsir edicidir. Onun atasına bağlılığı və birlikdə yaşadığı anlar texnologiyanın gücünü və emosional xatirələrin əhəmiyyətini birləşdirir. Texnologiyanın xatirələrimizi və sevdiklərimizlə bağlarımızı necə gücləndirdiyini düşünmək məni həmişə valeh edir. Bəlkə də bir zamanlar belə yazışmaların əhəmiyyətini tam anlamırdıq, amma texnologiyanın imkanları sayəsində indi sevdiklərimizlə əlaqə saxlamaq və onların xatirələrini yaşatmaq şansımız var.

  Texnologiyanın sürətli inkişafı nəticəsində yaxın gələcəkdə video və şəkillərlə kifayətlənməyib, onları 3D formatında izləyə biləcəyik. ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən bir texnoloji startap, insanların xatirələrini canlandırmaq və virtual reallıq eynəkləri vasitəsilə onları yenidən yaşatmaq məqsədi daşıyır. Startapın ortaq qurucularından biri olan Andrew McHugh, Wist adlı yeni proqramla insanların xatirələrini canlandırmağı və onları yenidən yaşatmağı mümkün edəcəyinə ümid edir. McHugh, nənəsi ilə bağlı xatirələrini itirməsindən ilhamlanaraq, xatirələri qorumaq üçün Wist kimi bir alət yaratmaq istəyirdi. "Orta məktəbdə oxuyarkən nənəm vəfat etdi. Bizdə bəzi fotoşəkillər və videolar var, lakin bu, orada olmaq kimi deyil... və o, mənim uşağımla görüşə bilmədi. Foto və videolara baxmaq əladır, lakin onlar sizə yenidən orada olduğunuzu hiss etdirmir," deyə McHugh bildirib.

  Hazırkı formada Wist bir sıra məhdudiyyətlərə malikdir. Məsələn, bu proqram yalnız ən son iOS telefonları və iki Quest VR qulaqlığı ilə uyğun gəlir. Beta istifadəçilərinin rəylərini nəzərə alaraq, McHugh və Oder Wist-in təcrübəsini və imkanlarını təkmilləşdirmək, o cümlədən məlumatların təhlükəsizliyi üzərində işləyirlər.

  Bu texnologiya sayəsində insanlar təkcə xəyallarını gerçəkləşdirməyəcək, həm də bu günlə keçmiş arasında körpü quracaqlar. Hesab edirəm ki, günümüzdəki dövrdə texnologiyanin kəskin inkişafı cəmiyyətin bir hissəsi tərəfindən mənfi tendensiya kimi görünsə də, bu kəskin inkişaf özündə bir çox müsbət nəticələr də göstərir. Daha öncə də qeyd etdiyim texnologiya da buna misal ola bilər.Fikrimcə, bu kəskin inkişafı mənfi tendensiya kimi görməkdənsə onun bu kimi müsbət tərəflərinə köklənib, diqqəti bu yöndə cəmləmək lazımdır.Təbii ki,bu proseslə yanaşı onun ehtimal edilən mənfi tərəflərini də diqqətə almaq və nəzarətdə saxlamaq zəruridir.

  Nəticə etibarilə, texnologiyanın xatirələrin qorunması və paylaşılmasına dərin təsirini göz ardı etmək mümkün deyil. Texnologiyanın emosional təcrübələrlə birləşməsi, bizə sevdiklərimizlə daha əvvəl xəyal edilə bilməyəcək formada bağlantı qurmağa imkan verir. Texnologiyanın təkcə bu günümüzü deyil, həm də keçmişimizi və gələcəyimizi formalaşdırma gücü, ən vacib olanı - xatirələrimizi və münasibətlərimizi qorumaqla həyatımızı zənginləşdirmə imkanı təqdim edir. Texnologiyanın gücündən istifadə etməyə davam etdikcə, biz təkcə dəyərli xatirələri qorumaqla qalmır, həm də zaman və məkan məhdudiyyətlərini aşan əlaqə və xatırlama üçün yeni imkanlar yaradırıq.

heart save
Yazar
  • İstifadəçi adı:

    Asim Baxışlı
  • Ad Soyad:

    Asim Baxışlı
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.