employment.az employment.az

Dərc olunma tarixi

24.05.2024 Texnologiya

Baxış sayı

eye 4076

Oxunma müddəti

clock 3 dəq

Sıfır karbon emissiyası nədir və bu hədəfə çatmaq mümkündürmü?

Son illər daha çox eşitdiyimiz mövzulardan biridə sıfır karbon emissiyasıdır və demək olar ki, hər gün kimsə bu mövzudan bəsh edir. Sıfır emissiyası insanların iqlimə təsirini anlamaq və azaltmaqla bağlı olub, dünyanın hər yerində müxtəlif strategiyalar formalaşdırır.  Sıfır karbon emissiyası insan fəaliyyətlərindən qaynaqlanan istixana qazı emissiyasını və qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyinə səbəb olan amilləri azaltmaq məqsədi ilə ortaya qoyulan bir hədəfdir.

Bu hədəfin nə olduğunu və bu hədəfə çatmağın mümkün olub olmadığını yaxından incələyək.

Atmosferdəki su (H2O), karbon dioksid (CO2), metan (CH4), ozon (O3) kimi istixana qazları planetimiz üçün son dərəcə vacibdir. İstixana qazları olmasaydı, dünyanın orta səth temperaturu -18 °C ətrafında olardı. Atmosferdəki istixana qazları isə planetimizin təxminən 33 °C isti olmasını təmin edir. Atmosferindəki müxtəlif qazlar, yer üzündən kosmosa yayılan istiliyin bir qisminin yenidən yer üzünə dönməsini təmin edir. İstixana effekti adlandırılan bu proses, dünyanın istiləşməsinə səbəb olur.

İstixana effekti əslində yer üzündəki həyatın davam etməsi üçün zəruridir. İstixana qazları, meşə yanğınları və vulkan püskürmələri kimi təbii proseslər nəticəsində atmosferə yayıla bilər və okeanlar, meşələr və ya torpaq tərəfindən atmosferdən yenidən sovrula bilər. Bu atmosferdəki istixana qazı nisbətləri balansda qalır. Lakin xüsusilə Sənaye İnqilabından sonra insan qaynaqlı fəaliyyətlər nəticəsində atmosferə yayılan istixana qazlarının miqdarı sürətlə artmağa başladı. Bu da Dünya səthinin lazım olduğundan çox istiləşməsinə səbəb olaraq qlobal istiləşməyə və nəticə etibarı ilə iqlim dəyişikliklərinə gətirib çıxarır.

Sıfır karbon emissiyası dünyanın orta temperaturundakı artımın məhdudlaşdırılması üçün istixana qazı emissiyasının azaldılaraq sıfıra çatması üçün Paris sazişi ilə müəyyən edilən bir hədəfdir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP15) Parisdə, demək olar ki, 200 ölkə Paris sazişini qəbul etdi – bu razılaşma termini populyarlaşdırdı və ölkələr karbon emissiyalarını azaltmaq üçün səy göstərməyə başladı. Buna baxmayaraq, konsept yalnız bir neçə il əvvəl əsas axın halına gəlsə də, illərdir elmi icma arasında məşhur və geniş müzakirə olunub.

Paris sazişi sıfır emissiyasına çatmaq konsepsiyasını məşhurlaşdırsa da, dünyada CO2 miqdarı artmağa davam etdi və 2022-ci ildə 36,6 milyard metrik tona çatdı – cəmi iki il ərzində təxminən 2 milyard ton artım oldu. 2020-ci ildə ümumi qlobal emissiyaların təxminən 50%-i  Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya, İran və Avropa İttifaqının payına düşür.

Bu saziş ilə dünyanın orta temperaturundakı artımın, sənaye inqilabı öncəsindəki dövrlə müqayisədə 1,5 °C-də azaldılması məqsədi daşıyır. Temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyasını 2030-a qədər 50% azaltmaq, 2050-yə qədər isə sıfır emissiya hədəfinə çatmaq lazımdır.

Sıfır emissiya hədəfinə çatmaq üçün bərpa olunan enerji mənbələrinə keçid, elektrik nəqliyyat vasitələrinin genişləndirilməsi və ağacəkmə layihələrinin artırılması vacibdir. Bundan əlavə, qida israfının qarşısını almaqla istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq olar.

Sıfır emissiya hədəfi, qlobal istiləşmənin səbəb olduğu ekstremal iqlim hadisələrini azaltmaq və ətraf mühit çirkliliyini minimuma endirmək üçün vacibdir. Bu hədəfə çatmaq kənd təsərrüfatı məhsuldarlığını artırmağa kömək edər, dəniz ekosistemlərini qoruyar və hava çirkliliyini azaldar. Nəticədə, insan sağlamlığına və təbiətə ciddi təhlükələr yaradan təsirlər minimuma enər.

2008-ci ildən etibarən hər il 21 sentyabrda dünyanın fərqli ölkələrində “Planetə ildə bir gün tətil haqqı vermək” şüarı ilə dünya “Sıfır Emissiya Günü”qeyd edilir.

Daha yaşana bilən dünya üçün sıfır emissiya hədəfinə çatmalıyıq. Bu, fərdlərin, vətəndaş cəmiyyətin, özəl sektorun və dövlətlərin bu məqsədlə birgə işləməsini tələb edir. Ümid edirik ki, sıfır emissiyalı dünya uzaqda deyil.

heart save
Yazar
  • İstifadəçi adı:

    Gunas_Mammadova
  • Ad Soyad:

    Günəş Məmmədova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.