employment.az employment.az

Dərc olunma tarixi

07.12.2024 Texnologiya

Baxış sayı

eye 161

Oxunma müddəti

clock 4 dəq

Süni İntellektin Yaradıcı İnqilabı: GAN Nədir?

Giriş

Generative Adversarial Networks (GAN) süni intellektin inkişafında mühüm rol oynayan texnologiyalardan biridir. İlk dəfə 2014-cü ildə Ian Goodfellow və onun həmkarları tərəfindən təklif edilən bu texnologiya, generativ modelləşdirmə sahəsində əhəmiyyətli dönüş nöqtəsi olmuşdur. GAN-lar vasitəsilə süni şəkildə yaradılan şəkillər, videolar, səslər və digər məlumat növləri real dünyadakı nümunələrə çox yaxın olur. Daha dərindən araşdırdıqca, GAN-ların müxtəlif sahələrdə nə qədər geniş tətbiq sahəsinə malik olduğunu gördüm. Tədbiq sahələrilə bağlı məlumatları yazının irəliləyən hissələrində daha ətraflı şəkildə görə bilərsiniz.

GAN-ın İş Prinsipi

Bu yazımda çox geniş texniki hissələrə toxunmayacam, ancaq iş prinsipi ilə bağlı qısada olsa məlumat verəcəm. GAN 2 əsas komponentdən ibarətdir: GeneratorDiscriminator. Bu, iki əsas neyron şəbəkənin birgə işləməsi ilə həyata keçirilir:

Generativ şəbəkə reallığa bənzəyən şəkillər, səslər və ya digər məlumat növləri yaradır. Onun məqsədi Diskriminativ şəbəkəni aldatmaqdır, yəni saxta məlumatın real olduğuna inandırmaqdır. Diskriminativ şəbəkənin vəzifəsi isə təqdim olunan məlumatın "real" və ya "saxta" olduğunu ayırd etməkdir.

Bu mexanizm belə işləyir:

  1. Generator: Süni bir şəkil yaradaraq Discriminator'a təqdim edir.
  2. Discriminator: Şəklin "real" və ya "süni" olduğunu müəyyən etməyə çalışır.
  3. Generator: Discriminator'u aldatmaq üçün daha real görünən şəkillər yaratmağı öyrənir.

Bu rəqabətçi proses zamanı Discriminator real və saxta məlumatları ayırmaqda daha yaxşı olur, Generator isə daha təkmil və reallığa daha yaxın məlumatlar sintez edir.

Tətbiq Sahələrindən Nümunələr

1. Kompüter Qrafikası: GAN-lar yüksək keyfiyyətli şəkillər və videolar yaratmaq üçün geniş istifadə olunur. Məsələn, StyleGAN texnologiyası ilə insanlar tərəfindən tanınmayacaq dərəcədə real üz şəkilləri yaradıla bilər.

Şəklin linki

 

2. CycleGAN: Bir şəkil üslubunu digərinə çevirmək üçün istifadə edilir, Məsələn, yay mövsümündə çəkilmiş bir şəkli qış mövsümünə uyğun dəyişdirmək.

 

Şəklin linki

 

3. Dataların Artırılması: Tibbi təsvirlər, peyk şəkilləri və digər maşın öyrənmə sahələrində məlumat çatışmazlığı problemlərini həll etmək üçün istifadə olunur. Süni məlumat dəstləri yaratmaqla modellərin performansı artırılır.

4. Təbiət Səsləri və Musiqi Yaradılması: GAN-lar vasitəsilə tamamilə yeni melodiyalar və ya real səslərə bənzər təbiət səsləri yaradılır.

Nəticə

Generative Adversarial Networks texnologiyası süni intellektin sərhədlərini genişləndirən ən mühüm vasitələrdən biridir. Kompüter qrafikasından tibbi diaqnostikaya, musiqi kompozisiyasından moda dizaynına qədər bir çox sahədə tətbiq olunan GAN-lar, reallığa olduqca yaxın məlumatlar yaratmaqla, texnologiyanın sərhədlərini aşır.

GAN-lar haqqında öyrəndikcə, onların təkcə texnologiyada yeniliklər yaratmadığını, həm də etik problemləri gündəmə gətirdiyini anlayıram. Məsələn, süni şəkildə yaradılmış şəkillər  insanların xəbəri olmadan istifadə edilə bilər və reallıqla saxtakarlığı ayırmaq çətinləşə bilər. Bu cür halların nəticəsində insanların şəxsi məxfiliyinə və cəmiyyətin etibarına təsir edə biləcək hüquqi məsələlər ortaya çıxır. 

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Fərid_Paşayev
  • Ad Soyad:

    Fərid Paşayev
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.