employment.az employment.az

Dərc olunma tarixi

11.12.2024 Texnologiya

Baxış sayı

eye 200

Oxunma müddəti

clock 4 dəq

Rəqəmsal Dünyada Şifrə Təhlükəsizliyi: Sadə Amma Təsirli Addımlar

Son dövrlərdə texnologiyanın inkişafı və müxtəlif istiqamətlərdə genişlənməsi bir tərəfdən insanların işlərini asanlaşdırsa da, digər tərəfdən təhlükəsizlik baxımından şirkətlərin bu sürətli dəyişikliklərə uyğunlaşma bacarıqlarının məhdudluğu bir sıra problemlərə yol açır. Şirkətlər, sürətlə dəyişən texnologiya ilə ayaqlaşmağa çalışaraq mütəmadi olaraq yeni xidmətlər təqdim edirlər. Lakin, bu yeniliklərin həyata keçirilmə sürəti səbəbindən, təqdim olunan xidmətlərin keyfiyyəti və təhlükəsizliyində müəyyən boşluqlar yaranır.

Hazırkı dövrdə sosial şəbəkələr, oyun platformaları və digər xidmətlərin bir hesab vasitəsilə digər sistemlərə qoşulmaq və ya hesablar arasında əlaqə yaratmaq imkanı, şəxsi hesabların, xüsusilə də şifrələrin təhlükəsizliyinin önəmini bir daha gündəmə gətirir. Texnologiyanın inkişafı "Brute-Force" əməliyyatlarının da inkişafına səbəb olub, bu proseslərin sürətini əhəmiyyətli dərəcədə artırıb. Bu səbəbdən, istifadəçilər şifrələrini texnoloji irəliləyişlərə uyğun olaraq həm mütəmadi yeniləməli, həm də daha mürəkkəb simvollar və uzunluqdan ibarət olmasına diqqət etməlidirlər.

Brute-Force əməliyyatı nədir?
Brute-Force əməliyyatı, sizin hər hansı hesabınıza və ya e-poçt ünvanınıza qarşı mümkün şifrələrin yoxlanılması prosesidir. Bu əməliyyatda xüsusi proqram təminatı vasitəsilə sizin istifadəçi adınız və digər məlum məlumatlar daxil edilərək, ən çox istifadə olunan şifrələr və ya sizə aid fərdi məlumatların müxtəlif kombinasiyaları yoxlanılır. Texnologiyanın inkişafı bu prosesin avtomatlaşdırılmasına və sürətlənməsinə səbəb olmuşdur. Beləliklə, fərdi məlumatlarınızın müxtəlif birləşmələri yoxlanılaraq hesabınızın şifrəsi tapıla bilər.

Təhlükəsizlik üçün vacib məsləhətlər:

  1. Şifrələrinizin heç bir sistemdə ilkin olaraq təyin edilmiş “default” vəziyyətdə saxlanılmamasına diqqət edin. Bu, serverlər, veb-saytlar, e-poçtlar, modemlər, routerlər, smart cihazlar və digər platformalara aiddir.

  2. Təhlükəsizliyə zəif olan və tez-tez istifadə edilən şifrələrdən uzaq olun. Klaviaturada ardıcıl simvol və ya rəqəmlərdən ibarət şifrələrdən istifadə etməyin(qwerty,abcd123,1234567890 və s.)

  3. Şifrələrinizdə şəxsi məlumatlara əsaslanan kombinasiyalardan çəkinin (telefon nömrələri, ad, soyad, doğum tarixi, və s.).

  4. Müxtəlif hesablar üçün fərqli şifrələrdən istifadə edin. Eyni şifrəni bir neçə yerdə tətbiq etmək təhlükəsizliyi zəiflədir.

  5. Hətta fərqli hesablar üçün belə, eyni şifrə strukturundan istifadə etməkdən çəkinin (məsələn: “əhmed123”, “mamed123”, və s.).

  6. Şifrələrinizi mütəmadi olaraq yeniləyin. Ən yaxşı təcrübəyə görə bu müddət hər 3 aydan bir olmalıdır.

  7. Hər hansı bir internet resursunu bir yerdən digər yerə köçürərkən, şifrələri dəyişdirin və köhnə serverdəki ehtiyat nüsxələri silin.

  8. Şifrələrinizi kağıza yazaraq kompüterin üzərinə yapışdırmaqdan çəkinin.

  9. Şifrələrinizi hər hansı bir sənəd (.txt, .doc, .xls və s.) formatında kompüterdə saxlamayın.

  10. Şifrələrinizi brauzer yaddaşında avtomatik saxlamayın.

  11. Anonim proxy-lərdə şifrələrdən istifadə etməyin, çünki bu xidmətlər istifadəçi adınızı və şifrələrinizi gizli şəkildə qeyd edə bilər.

  12. İkiqat identifikasiya (double authentication) sistemi olan platformalardan istifadə etməyə üstünlük verin.

  13. Güclü şifrələr yaratmaq üçün etibarlı şifrə generatorlarından istifadə edin və ya mövcud şifrənizin təhlükəsizlik səviyyəsini test edən xidmətlərdən yararlanın(https://cert.gov.az/az/password-generator).

    Təhlükəsizlik sistemlərinin ən zəif nöqtəsi həmişə insan faktoru olmuşdur. Buna görə də, şəxsi təhlükəsizliyinizə diqqət etməli, istifadə etdiyiniz platformaların və ən əsası şifrələrinizin təhlükəsizliyini təmin etmək üçün tövsiyələrə əməl etməlisiniz.

     

heart save
Yazar
  • İstifadəçi adı:

    Aytəkin
  • Ad Soyad:

    Aytəkin
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.