-
İstifadəçi adı:
mehebbet.baghirov -
Ad Soyad:
Məhəbbət Bağırov -
Məqalə sayı:
6
Dərc olunma tarixi
06.03.2025 TexnologiyaBaxış sayı
Oxunma müddəti
3G” və “4G” terminlərini yəqin ki, hamımız eşitmişik, ancaq burada “G” hərfinin məhz “nəsil” (ing. Generation) mənasına gəldiyini heç də hər kəs bilmir. “G” abreviaturasının tarixi 1980-ci illərdən başlayır. O, hər növbəti onillikdə bizi simsiz rabitənin yeni, daha da inkişaf etmiş nəsli ilə sevindirmişdir. Beşinci nəsil, yəni 5G isə “bütün bəşəriyyət üçün nəhəng sıçrayış” olmağı vəd edir.
5G-nin sadəcə iki üstün cəhəti, daha doğrusu verilənlərin ötürülmə sürətinin dəfələrlə artması və cavab/reaksiya müddətinin əhəmiyyətli dərəcədə azalması demək olar ki, hər şeyi dəyişdirəcək. 4G şəbəkələrinin sürəti saniyədə 1 qiqabitə qədərdir ki, bu da ilkin yüklənmə olmadan qənaətbəxş keyfiyyətli videolara (filmlərə) kifayət qədər rahat baxmağa imkan verir.
Proqnozlara görə 5G bizə 20 Qbit/san sürət bəxş edəcək. Ehtiyatlı olun, birdən şəbəkə sizi telefonunuzla birlikdə “sorub” aparmasın. Siqnalların dördüncü nəsildə 50 millisaniyəyə çatan gecikmə müddəti 1 millisaniyəyə enəcək. Bir düşünün, bir millisaniyə saniyənin mində bir hissəsidir. Şəbəkənin cavab müddəti o qədər azalacaq ki, heç hiss olunmayacaq. Təsəvvür edin, avtopilot funksiyası, robot texnikası, telesəhiyyə xidmətləri və kiber idman necə dəyişəcək.
Bəs texnologiyanın beşinci nəsli barədə hansı məlumatlar məlumdur?
5G hazırda məşhur olan 4G şəbəkələrindən daha sürətli və etibarlıdır. Ekspertlərin fikrincə, bu texnoloyi tətbiqlər, sosial şəbəkələr və məlumat üçün internetdən istifadə üsulumuzda inqilab edə bilər. Məsələn, özünü idarə etmək xüsusiyyətinə malik avtomobillər, qabaqcıl oyun platformaları və proqramları, yüksək sürətli məlumat bağlantısı tələb edən axın mediası üçün bu texnologiyanın olduqca böyük faydalarının olacağı ehtimal edilir. Ümumiyyətlə, 5G şəbəkəsi 4G-dən ən az 10 dəfə daha sürətlidir. Bəzi ekspertlər iddia edirlər ki, bu fərq 100 dəfəyə qədər qalxa bilər. Bu o deməkdir ki, misal üçün, 2 saatlıq bir film 5G ilə 10 saniyədən daha az bir vaxta yüklənəcək. 4G-də isə bu, 7 dəqiqə civarındadır. Təbii ki, burada internet şəbəkəsinin bəzi texniki göstəriciləri də önəmli məqamlardandır.
Məlum olduğu kimi, texnologiya dünyası hər gün yüzlərlə yeni kəşfə qucaq açır. Təbii ki, innovasiyaların tətbiq edilməsi üçün yüksək sürətli internet bağlantısının olması zərurəti yaranır. Çünki müasir texnoloji avadanlıqların bir çoxunun emal etdiyi informasiyanın həcmi indikindən dəfələrlə çoxdur. İndiki nəsil texnologiyalar isə bu qədər böyük həcmlərdə məlumatları emal etmək gücündə deyil. Elə o səbəbdən də yeni nəsil texnologiyaların yaranması zərurəti meydana çıxır. Bu sahədəki inqilab nəticəsində emal edilən informasiyanın həcminin qarşıdakı illərdə də artacağı istisna edilmir. Hələlik dəqiq nəticələr əldə olunmasa da, gələcəkdəki informasiyaların həcmi barədə müxtəlif fikirlər artıq ortaya atılmaqda, səsləndirilməkdədir. Növbəti onilliklərdə məlumatların həcminin yüzlərlə zettabayt artacağı ehtimal edilir. İndiki mobil infrastruktur qeyd edilən həcmdə informasiya üçün nəzərdə tutulmadığından yenilənmələrin olması mütləqdir.
Hər bir yeni nəsil simsiz şəbəkə texnologiyasının gətirdiyi kimi, 5G də özünəməxsus yeni istifadə sahələri yaratmaqdadır. Bəzi mənbələrdə 5G texnologiyasının əsas fokuslanacağı sahələrin IoT (internet of things) və kritik kommunikasiya proqramları olacağı bildirilir.
Mütəxəssislərin qənaətinə görə, beşinci nəsil texnologiyaların inkişafının gələcək dövr üçün trilyonlarla dollarlıq iqtisadi dəyəri olacaq. Bundan başqa, 5G-nin inkişafı həm də milyonlarla yeni iş yerinin yaranması deməkdir. Beşinci nəsil texnologiyaların köməyi ilə ağıllı kəndlərin salınması sürətlənəcək, tibb sahəsində mühüm inkişaf müşahidə ediləcək. Bu, həm də ətraf mühitin zərərli tullantılardan qorunması baxımından da vacibdir. Çünki 5G-nin geniş miqyasda tətbiqi ətraf mühitə atılan zərərli maddələrin həcminin bir xeyli azalmasına səbəb olacaq.
Daşınan cihazlar sahəsində inqilab labüddür. Geyim, ayaqqabı və gündəlik aksessuarlar sağlamlığımızın keşiyində duran yüksək texnologiyalı qoruyucu vasitələrə və fitnes sahəsində köməkçilərə çevriləcək. Ən başlıcası isə, bütün bu əşyalar bir-biri ilə qarşılıqlı əlaqədə ola və bir-birinə informasiya ötürə biləcək.
Əşyalarına quraşdırılmış vericilər sənin və olduğun mühitin fiziki vəziyyətinə dair verilənləri gündəlik əsasda qeydə alacaq və bulud servisində mühafizə edəcək. Sadəcə atdığın addımların sayı, yeriyərkən bədən çəkisinin necə paylandığı, nəbzinin tezliyi barədə deyil, həm də bu parametrlərə sutkanın vaxtının və hava şəraitinin necə təsir etdiyi barədə də məlumat əldə edəcəksən. Eyni zamanda, bütün bu məlumatları “sadəcə bir dəfə toxunmaqla” öz həkiminə ötürə biləcəksən. Göstəricilərin normadan kənar olduqda və ya təhlükəli simptomlara dəlalət etdikdə isə həkimin sənə müvafiq tövsiyələri verəcək, mümkün xoşagəlməz hadisələrin qarşısını vaxtında alacaq.
İndi demək olar ki, hər kəs “əşyaların interneti” və “ağıllı ev” anlayışının nə mənaya gəldiyini bilir. 5G ilə bu rahatlıqlar daha geniş yayılacaq. Yollarda avtopilotla idarə olunan avtomobillər hərəkət edəcək, hər bir bina gündəlik prosesləri (ventilyasiya, isitmə, işığın söndürülməsi/yandırılması, cihazların söndürülməsi/işə salınması və s.) avtomatik idarə edən sistemlə təchiz olunacaq. Ağıllı kolonkalardan gələn səsi məhz durduğun otaqda eşidəcəksən, gözəgörünməz tibbi vericilər fizioloji göstəricilərinə nəzarət edəcək (hormonların, qan təzyiqinin səviyyəsi, ürəyin ritmi), müstəqil şəkildə sağlamlıq vəziyyətini müəyyən edəcək. “Bixby” kimi sənin haqqında hər şeyi bilən ağıllı köməkçilər isə gəzintiyə çıxmaq, istirahət etmək və yemək üçün ən uyğun vaxtı deməklə yanaşı əhval-ruhiyyənə uyğun (qaçış üçün gümrahlaşdırıcı trek və ya ailəvi şam yeməyi üçün klassika) musiqi seçəcək.
İstifadəçi adı:
mehebbet.baghirovAd Soyad:
Məhəbbət BağırovMəqalə sayı:
604.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.