-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
191
Dərc olunma tarixi
10.12.2025 TexnologiyaBaxış sayı
9
Oxunma müddəti
4 dəq
Bu “biokompüterlər” hələ çox erkən mərhələdədir. Pong kimi sadə oyunları oynaya bilir və elementar nitq tanıma əməliyyatları yerinə yetirə bilirlər. Lakin bu həyəcanın əsasında üç əsas meylin kəsişməsi dayanır.
Birincisi, Sİ ilə bağlı olan hər şeyə risk sərmayəsinin axması və spekulyativ ideyaların bir anda maliyyələşdirilə bilər vəziyyətə gəlməsi.
İkincisi, bədən xaricində beyin toxuması yetişdirmə texnikalarının inkişaf etməsi və dərman sənayesinin bu sahəyə sürətlə yönəlməsi.
Üçüncüsü isə beyin–kompüter interfeyslərində görülən böyük irəliləyişlər nəticəsində biologiya ilə maşınlar arasındakı xəttin getdikcə daha da bulanıqlaşmasıdır.
Buna baxmayaraq bir çox sual da gündəmdədir. Həqiqi bir irəliləyişmi görürük, yoxsa texnologiya qaynaqlı yeni bir şişirtmə dalğasımı? Və insan beyin toxuması bir kompüter komponentinə çevrildikdə hansı etik problemlər ortaya çıxacaq?
Təxminən 50 ildir ki, neyroelm mütəxəssisləri neyronların nəzarətli şəraitdə necə fəaliyyətə keçdiyini araşdırmaq üçün onları kiçik elektrod matrisləri üzərində yetişdirirlər.
2000-ci illərin əvvəlinə gəlinəndə tədqiqatçılar neyronlarla elektrodlar arasında iki istiqamətli ünsiyyət sınaqları aparmış və biohibrid kompüterin ilk toxumlarını səpmişdilər. Lakin inkişaf, başqa bir araşdırma sahəsi güclənənə qədər dayanmışdı: beyin orqanoidləri.
2013-cü ildə elm adamları kök hüceyrələrin üçölçülü beyinəbənzər strukturlara öz-özünə təşkil ola bildiyini göstərdi. Bu orqanoidlər biotibbi araşdırmalarda sürətlə yayıldı və bədən xaricində insan fiziologiyasının müəyyən cəhətlərini təqlid edən “çip üzərində orqan” sistemləri ilə dəstəklənməyə başladı.
Bu gün kök hüceyrə mənşəli sinir toxumasının istifadəsi dərman sınaqlarından inkişaf araşdırmalarına qədər geniş yayılıb.
Yenə də bu modellərdəki neyron aktivliyi olduqca ibtidai səviyyədədir; real beyində idrakı və ya şüuru mümkün edən təşkil olunmuş atəşlənmə nümunələrindən çox uzaqdır.
Hər hansı xarici stimul olmadan belə mürəkkəb şəbəkə davranışları meydana çıxmağa başlasa da, mütəxəssislər mövcud orqanoidlərin şüurlu olmadığını və buna yaxın belə olmadığını qəbul edir.
Sahə 2022-ci ildə yeni bir mərhələyə keçdi. Melburn mərkəzli Cortical Labs, yetişdirilmiş neyronların qapalı dövrə sistemində Pong oynamayı öyrəndiyini göstərən səs-küylü bir araşdırma yayımladı.
Araşdırma, təcrübənin özündən çox “bədənləşmiş duyarlılıq” kimi ifadələr işlətməsi səbəbilə mediada böyük maraq gördü. Bir çox neyrobioloq bu dilin sistemi olduğundan daha inkişaf etmiş kimi göstərdiyini, yanıltıcı və etik baxımdan diqqətsiz olduğunu bildirdi.
Bir il sonra tədqiqatçı konsorsium daha geniş bir anlayışı təqdim etdi: “orqanoid zəkası”. Kulağa xoş gələn və media dostu bu ifadə, süni intellekt sistemləri ilə ekvivalentlik təəssüratı yaratmaq riski daşıyır — baxmayaraq ki, aradakı fərq son dərəcə böyükdür.
Etik müzakirələr isə texnologiyanın gerisində qalıb. Çoxu bioetika çərçivəsi beyin orqanoidlərini biotibbi vasitələr kimi qiymətləndirir — onları biohibrid kompüter komponentləri kimi deyil.
Aparıcı orqanoid araşdırmaçıları etik qaydaların təcili yenilənməli olduğunu, sürətli tədqiqat və hətta ticariləşmənin mövcud idarəetmənin qabağına keçdiyini vurğulayır.
Nature jurnalında manşetlərə çıxmasına baxmayaraq, bir çox insan hələ də “yaşayan kompüter”in əslində nə olduğunu bilmir.
ABŞ, İsveçrə, Çin və Avstraliyadakı şirkətlər və akademik qruplar biohibrid hesablama platformaları yaratmaq üçün yarışır.
İsveçrəli FinalSpark şirkəti artıq neyron orqanoidlərinə uzaqdan giriş imkanı belə təqdim edir. Cortical Labs isə CL1 adlı masaüstü biokompüteri göndərməyə hazırlaşır. Hər ikisi də dərman sənayesindən çox daha geniş müştərilər gözləyir — xüsusilə yeni növ kompüter sistemləri axtaran süni intellekt tədqiqatçıları.
Akademik hədəflər də böyüyür. UC San Diego komandası 2028-ci ilə qədər Amazon bölgəsindəki neft sızıntılarının yayılmasını proqnozlaşdırmaq üçün orqanoid əsaslı sistemlərdən istifadə etməyi təklif etdi.
Qarşıdakı illər orqanoid zəkasının hesablama sahəsində inqilab yaradıb-yaratmayacağını, yoxsa qısaömürlü bir maraq olaraq qalacağını müəyyənləşdirəcək.
Hazırda zəkaya və ya şüura dair iddialar dəstəklənmir. Bugünkü sistemlər yalnız sadə reaksiya vermə və uyğunlaşma qabiliyyəti göstərir; yüksək idraka bənzər heç nə yoxdur.
Mövcud işlər daha çox prototiplərin sabit şəkildə istehsalına, onların miqyaslandırılmasına və texnologiyanın praktik istifadə sahələrinin tapılmasına yönəlib.
Bir neçə qrup orqanoidləri neyroelm və toksikologiyada heyvan modellərinə alternativ olaraq araşdırır.
Bir qrup kimyəvi maddələrin erkən beyin inkişafına necə təsir etdiyini test etmək üçün çərçivə təklif etdi. Başqa araşdırmalar isə neyronlarla elektron sistemləri birlikdə istifadə edərək epilepsiya ilə əlaqəli beyin aktivliyini daha yaxşı proqnozlaşdırdığını göstərir. Bunlar kiçik, amma məntiqli addımlardır.
Bu sahəni həm maraqlı, həm də narahatedici edən məhz geniş kontekstdir. Elon Musk kimi milyarderlər sinir implantları və transhumanist vizyonların arxasınca gedərkən, orqanoid zəkası daha dərin sualları gündəmə gətirir.
Zəka nədir? İnsan hüceyrələrindən ibarət bir şəbəkə nə zaman — və əgər mümkünsə — mənəvi status qazana bilər? Və məhdud da olsa kiçik kompüterlər kimi davranan bioloji sistemləri cəmiyyət necə tənzimləməlidir? Texnologiya hələ körpəlik mərhələsindədir.
Lakin gedişat göstərir ki, şüur, şəxsiyyət və canlı toxumaların maşınlarla birləşdirilməsinin etikası barədə müzakirələr gözləniləndən daha tez qaçınılmaz olacaq.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
191
04.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.