employment.az employment.az

Dərc olunma tarixi

09.02.2026 Texnologiya

Baxış sayı

eye 2

Oxunma müddəti

clock 3 dəq

Yeni Nəsil Geyilə Bilən Texnologiya İstifadəçilərə Hərəkət Halında Olarkən Texnikaları və Robotları İdarə Etməyə İmkan Yaradır!

 

California Universiteti San Diegoda mühəndislər, insanların yalnız əl-qol hərəkətlərindən istifadə edərək maşınları idarə etməsinə imkan verən yeni nəsil geyilə bilən bir sistem hazırlayıblar. İstifadəçilər qaçarkən, maşında səyahət edərkən və ya dalğalı dənizdə üzərkən belə cihazları idarə edə bilirlər.

17 noyabr 2025-ci ildə Nature Sensors jurnalında yayımlanan bu sistem, geyilə bilən texnologiyada uzun müddətdir davam edən, real dünya şəraitində hərəkət siqnallarının etibarlı şəkildə tanınması problemini həll etmək üçün elastik elektronikaları süni intellektlə birləşdirir.

UC San Diego Jacobs Mühəndislik Məktəbinin Aiiso Yufeng Li Ailə Kimya və Nano Mühəndislik Bölməsində postdoktoral tədqiqatçı və araşdırmanın həmmüəlliflərindən biri olan Siangcun Çen mövzu ilə bağlı belə açıqlama verir:

“Hərəkət sensorlu geyilə bilən texnologiyalar istifadəçi hərəkətsiz olduqda yaxşı işləyir. Bununla belə, qaçma kimi intensiv hərəkət vəziyyətlərində sensor siqnalları pozulur”.

Bu vəziyyətin geyilə bilən texnologiyaların gündəlik həyatda praktikliyini məhdudlaşdırdığını bildirən Çen sözlərinə belə davam edir:

“Sistemimiz bu məhdudiyyəti aradan qaldırır. Süni intellektdən istifadə edərək səs-küylü sensor məlumatlarını real vaxtda təmizləyirik. Beləliklə, dinamik mühitlərdə belə maşınları etibarlı şəkildə idarə etməyi mümkün edirik”.

Texnologiya, reabilitasiyada olan xəstələrin və ya hərəkət qabiliyyəti məhdud şəxslərin incə motor bacarıqlarına ehtiyac duymadan robotik cihazları təbii hərəkətlərlə idarə etməsinə imkan verə bilər. Bundan əlavə, sənaye işçiləri və ilk yardım qrupları intensiv hərəkətli və ya təhlükəli mühitlərdə əllərindən istifadə etmədən alət və robotları idarə edə bilərlər. Hətta dalğıclar və uzaqdan idarəetmə operatorları turbulensiyalı şəraitə baxmayaraq sualtı robotları idarə edə bilərlər. İstehlakçı cihazlarında isə sistem gündəlik mühitlərdə hərəkət əsaslı idarəetməni daha etibarlı edə bilər.

Araşdırma, hər ikisi də UC San Diego Jacobs Mühəndislik Məktəbinin Aiiso Yufeng Li Ailə Kimya və Nano Mühəndislik Bölməsində professor olan Şenq Xu və Cozef Vanq laboratoriyaları arasında əməkdaşlıqla həyata keçirilib.

Tədqiqatçılara görə, bu sistem çox geniş hərəkət pozulması diapazonunda etibarlı şəkildə işləyə bilən ilk geyilə bilən insan-maşın interfeysi olma xüsusiyyətinə malikdir. Beləliklə, insanların real həyatda hərəkət etmə tərzinə uyğun işləyə bilir.

Cihaz əsasən parça qolbağa yapışdırılmış yumşaq bir elektron yamadan ibarətdir. Hərəkət və əzələ sensorları, bluetooth mikronəzarətçisi və elastik batareya kompakt, çox laylı bir sistemdə birləşdirilib. Sistem qaçma və titrəmədən tutmuş dəniz dalğalarının hərəkətinə qədər real hərəkət və şəraitlərdən ibarət birləşmiş məlumat dəsti ilə öyrədilib. Qoldan gələn siqnallar — paraziti aradan qaldıran, hərəkəti şərh edən və maşını (məsələn, robotik qolu) real vaxtda idarə etmək üçün komanda göndərən xüsusi dərin öyrənmə çərçivəsi tərəfindən tutulur və emal olunur.

Çen: “Bu inkişaf bizi gündəlik həyatda istifadə oluna biləcək intuitiv və dayanıqlı insan-maşın interfeyslərinə bir addım daha yaxınlaşdırır”, — deyir.

Sistem bir neçə dinamik şəraitdə test edilib. Test çərçivəsində iştirakçılar cihazdan istifadə edərək yüksək tezlikli titrəmələrə məruz qalıb müxtəlif pozulmaların birləşməsi altında qaçaraq robotik qolu idarə ediblər.

Cihaz həmçinin UC San Diego Scripps Okeanoqrafiya İnstitutunda Scripps Okean-Atmosfer Araşdırma Simulyatoru vasitəsilə həm laboratoriyada yaradılan, həm də real dalğa şəraitini təqlid edən dəniz simulyasiya şəraitlərində də yoxlanılıb. Hər bir halda sistem dəqiq və aşağı gecikməli performans nümayiş etdirib.

Layihə ilkin olaraq hərbi dalğıqların sualtı robotlarını idarə etməsinə kömək etmək fikrindən ilham almışdı. Lakin komanda hərəkətdən yaranan parazitin yalnız sualtı mühitə xas olmadığını, geyilə bilən texnologiyada geniş yayılan bir problem olduğunu müəyyən edib.

Çen mövzu ilə bağlı belə qeyd edir:

“Bu araşdırma geyilə bilən sensorlarda səs-küyə dözümlülük üçün yeni bir üsul təqdim edir. Həm elastik, həm simsiz, həm də mürəkkəb ətraf və fərdi məlumatlardan öyrənə bilən yeni nəsil sistemlərin qarşısını açır”.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    194

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.